Qaynar Məqalələr

Almalı keks

keks-almali

Almalı keks.
Lazım olanlar:
* 4 ədəd yumurta
* 200 qram şəkər tozu
* yarım paket qabartma tozu
* 200 qram un.
Üzəri üçün:
* 3 ədəd alma
* darçın
* şəkər pudrası.
Almalı keksin xəmirini hazırlamaq üçün şəkər tozu və yumurta dərin qabın içərisində mikserlə 5 dəqiqə qarışdırılır. Üzərinə 200 qram un və yarım paket qabartma tozu əlavə edilərək yaxşı qarışdırılır. 28 santimetrlik keks qabına yağlı kağız sərilir və qarışım kağızın üzərinə tökülür. 3 ədəd almanın qabığı soyulur və nazik dilimlənir. Dilimlər keks xəmirinin üzərinə sıx-sıx düzülür.S onra almaların üzərinə darçın səpilir. Keks əvvəlcədən 180* isidilmiş sobada 20-25 dəqiqə ərzində bişirilir. Üzərinə soyuduqdan sonra  şəkər pudrası səpilir və soyuduqdan sonra doğranır.

immunitet.az

loading...

Məsləhət Görürük

portagalli-2

Portağallı kişmişli keks

Portağallı kişmişli keks Lazım olanlar: * 3 yumurta * 1 stəkan şəkər tozu * 1 …

Яндекс.Метрика

Designed by F.Aliyev