Qaynar Məqalələr

Soyuq havanın ürəyə zərərləri

 

soyuq-hava

Soyuq havanın ürəyə zərərləri.
Mütəxəssislər soyuq havanın koronar damar xəstəliklərindən və yüksək təzyiqdən əziyyət çəkənlərə zərərli olduğunu düşünür və belə havalarda bu cür xəstələri bayıra çıxmamalarını tövsiyə edirlər.
Ürək həkimi doktor Kaan Kulan soyuq havanın ürək damarlarının daralmasına səbəb olduğunu söyləyir və belə havalarda ürək və şəkər xəstələrinin diqqətli olmalarını söyəyir. Həkim soyuq və küləkli havalarda belə xəstələrin üz, ağız və sinə hissələrini qalın örtüklə örtmələrini məsləhət edirlər.
Onun araşdırmalarına əsasən soyuq hava ürək ritmlərinin pozulmasına, qrip və digər soyuqlamalar səbəbli ürək xəstəliklərinin ağırlaşmalarına səbəb ola bilir.
Qrip xəstəliyinin ürək və ağciyər xəstələri üçün təhlükəli olduğunu söyləyən həkim, ürək xəstəliklərindən əziyyət çəkən adamların soyuq havalarda daha da diqqətli olmalarını tövsiyə edir. Çünki qrip revmatizmaya səbəb olan yuxarı tənəffüs yollarının xəstəliklərinin ağırlaşmalarına səbəb ola bilir.
Doktor Kaan Kulan hətta ürək xəstəliklərindən şikayətləri olmayan adamların belə həddən artıq soyuq havalarda sinə və üz hissələrinin isti bükülməsini tövsiyyə edir. Çünki  soyuq havlarda orqanizmin istilik dərəcəsi aşağı düşdüyü üçün damarlarda spazmlar baş verə bilir ki, bu da ürək damarlarına lazım olan qədər qanın getməməsinə səbəb ola bilir. Buna görə də həkim ürək xəstələrinə sərt soyuqlar zamanı yüngül geyinməyi, soyuq havada çox qalmağı, soyuqda odun qırmağı, ağac kəsmək kimi qış işlərini görməyi məsləhət görmür.

immunitet.az

loading...

Məsləhət Görürük

arterial

Hemodinamik arterial hipertenziyalar

Hemodinamik arterial hipertenziyalar. Aortanın koartasiyası. Arterial hipertenziyanın əmələ gəlmə səbəblərinə daxildir: – aortanın stenozu şəklində …

Яндекс.Метрика

Designed by F.Aliyev