Qaynar Məqalələr

Siqaret çəkdikdən sonra niyə tualetə gedirlər?

siqaret

Siqaret çəkdikdən sonra niyə tualetə gedirlər
Siqaret çəkən insanlar hər siqaretdən sonra öz orqanizmlərinin bir az da qocalmasına və zərər görməsinə səbəb olurlar. Siqaeretin orqanizmə vurduğu bir çoz zərərlər var. Çəkilən siqaretin növündən asılı olmayaraq siqaret çəkənləri birləşdirən ümumi bir əlamət var. Bu əlamət siqaretçəkənlərin siqaret çəkdikdən sonra tualetə getməsidir. Həkimlər bunu siqaretin sidik kisəsini qıcıqlandırması ilə əlaqələndirirlər.
Nəzərinizə çatdırmaq istəyirəm ki, hər çəkilən siqaretlə orqanizmə nikotin, sinil turşusu və bu kimi müxtəlif zərərli maddələr daxil olur. Bu maddələr mübadiləsinə təsir edir və qısa bir zamanda bir-neçə orqanda hissi, patoloji qıcıqlanmaya səbəb olur. Bu orqanlardan da biri sidik kisəsidir.
Nikotin sidik kisəsini birbaşa qıcıqlandırdığı üçün kisənin yükü artır və sidiyə yalançı çağırış hissi meydana çıxır. Yəni sidik kisəsi boş olsa da siqaret çəkənə elə gəlir ki, o tez bir zamanda sidiyə çıxmalıdır.
Bəzi siqaretçəkən adamlarda isə daima ürək yanğısı olur. Onlar siqaret çəkdikcə məcburən maye qəbul edirlər. Belə insanların yaşı orta həddi keçdikdən sonra onlarda sidiyi saxlaya bilməmək əlamətləri özünü göstərir.
Gün ərzində çox siqaret çəkən adamlarda defekasiya aktı pozulur. Belə ki, nikotin bağırsaqların peristaltikasını korlayır və siqaretdən asılı adamı gün ərzində bir-neçə dəfə tualetə getməyə məcbur edir.
Yuxarıda göründüyü kimi siqaretin orqanizmin fiziologiya normalarına xas olmayan əlamətləri arzuolunmazdır. Siqaretin insanların üzərində mənfi təsiri çoxdur. Amma, ən çox sidik-cinsiyyət sisteminin əzələsində spazmlara səbəb olur və yalançı qıcıqlanmalar verir.
Uzun müddət siqaret çəkənlərdə belə hissiyyat olduqda mütləq mütəxəssisə müraciət etmək lazımdır. Əgər müayinələr zamanı sidikdə eritrosit, zülal, leykosit və s.aşkar edilərsə, bu sidik sistemində əmələ gələn patologiyanın xroniki hala keçməsi deməkdir. Belə ki, siqaretdən asılı olmuş olan adamların böyrək patologiyaları olmasa belə onların sidiyinin müayinəsi normal nəticələnmir.
Mütəxəssisislər problemdən çıxış yolunu siqareti tərgitməkdə görürlər. Çünki heç bir halda müalicə öz bəhrəsini verməyəcək.

immunitet.az

loading...

Məsləhət Görürük

gulmek

Gülməyin faydaları

Gülməyin faydaları. ABŞ-da aparılan araşdırmalar gülməyin insan sağlığına aşağıdakı faydaları olduğunu sübüt etmişdir: 1. Araşdırmalar …

Яндекс.Метрика

Designed by F.Aliyev