Qaynar Məqalələr

Asan başa gələn tort

keks2

Asan başa gələn tort.
Keks üçün lazım olanlar:
* 3 ədəd yumurta
* 3 stəkan şəkər tozu
* 2 stəkan süd
* 1 stəkan duru yağ
* 3,5 stəkan ələnmiş un
* 1 paket qabartma tozu
* 2 xörək qaşığı kakao.
İçərisinə qoymaq üçün jele:
* 6 xörək qaşığı süd
* 3 xörək qaşığı ələnmiş un
* 50 qram yağ
* 3 xörək qaşığı nişasta
* 1 paket vanil
* 1 paket krem şanti
* 1 ədəd banan.
Hazırlanması:
Yumurtalar, şəkər tozu, duru yağ, kakao, un və qabartma tozu bir-bir dərin qaba əlavə edərək qarışdırılır. Tam həll olunduqda əvvəlcədər 180* qızdırılmış sobada 20-25 dəqiqə bişirilir. Keks ortasından dərin kəsilərək banan dilimləri düzülür və üstünə bişirilmiş və soyumuş jele əlavə edilir. Kəsilmiş keksin üstü ilə jeleli hissə qapanır.
Jelenin hazırlanması:
5 stəkan südə 6 qaşıq şəkər tozu, 3 qaşıq un, 2 qaşıq nişasta əlavə edilib zəif odda qarışdırılaraq bişirilir. Qaynadıqdan sonra yağ və vanil əlavə edilir və 10 dəqiqə sonra odun üstündən götürülür. Soyuduqdan sonra krem şanti ilə çalınır.

immunitet.az

loading...

Məsləhət Görürük

kak

Kakaolu keks

  Kakaolu keks Lazım olanlar: * 3 ədəd yumurta * 1 stəkan şəkər tozu * …

Яндекс.Метрика

Designed by F.Aliyev