Qaynar Məqalələr

Təzə soğanlı toyuq sote

toyuq-sote

Təzə soğanlı toyuq sote.
Lazım olanlar:
* 300 qram toyuğun döş əti
* 1 ədəd qırmızı acı bibər
* 6 ədəd göy soğan
* 2 xörək qaşığı soya sousu
* yarım stəkan süd
* 4 xörək qaşığı zeytun yağı
* duz, istiot, kəklikotu, kimyon.
Əvvəlcə döş əti kub şəklində doğranır, yuyulur və suyu süzülür. Ətlər geniş qaba qoyulur və üzərinə süd, zeytun yağı, sous, duz, kimyon və kəklikotu əlavə edilib əl ilə qarışdırılır. Ətlər 1 saat müddətində soyuducuda marinadda dincəlir.
Sonra ətlər marinaddan çıxarılır və qaynar tavada zeytun yağında qızardılır. Tam hazır olmağa 5 dəqiqə qalmış üzərinə qırmızı bibər və göy soğan doğranır.

immunitet.az

loading...

Məsləhət Görürük

kak

Kakaolu keks

  Kakaolu keks Lazım olanlar: * 3 ədəd yumurta * 1 stəkan şəkər tozu * …

Яндекс.Метрика

Designed by F.Aliyev