Qaynar Məqalələr

Qarışıq pizza

 

pizza

Qarışıq pizza
Xəmir üçün lazım olanlar:
* 2 stəkan ilıq süd
* yarım stəkan su
* 1 çay qaşığı maya
* 1 çay qaşığı duz
* 6 stəkan un (unun ölçüsü azalıb-arta bilir)
Üzərinə lazım olanlar:
* kolbasa, pomidor, bibər, göbələk, toyuğun döş əti (istədiyiniz nə varsa)
* pizza pendiri.
Sous üçün:
* 1 xörək qaşığı tomat
* 2 xörək qaşığı duru yağ
* duz, istiot, kəklikotu.
Xəmir hazırlamaq üçün undan başqa hər şey dərin qabda qarışdırılır və az-az un əlavə edilərək xəmir yoğrulur. Xəmirin üstü örtülür və 1 saat dincəlməyə qoyulur.
Sous hazırlamaq üçün tomat, duru yağ, ədviyyatlar kasanın içərisində qarışdırılır.
Mayalanmış xəmir 3 hissəyə bölünür. Hər birinin üzərinə ayrı-ayrılıqda sous sürtülərək ərzaqlar düzülür və pendir rəndələnir.
Pizzalar əvvəlcədən 200* qızdırılmış sobada bişirilir.
Nuş olsun!

immunitet.az

loading...

Məsləhət Görürük

portagalli-2

Portağallı kişmişli keks

Portağallı kişmişli keks Lazım olanlar: * 3 yumurta * 1 stəkan şəkər tozu * 1 …

Яндекс.Метрика

Designed by F.Aliyev