Qaynar Məqalələr

Limonlu keks

keks

Limonlu keks
Lazım olanlar:
* 3 ədəd yumurta
* 1,5 stəkan şəkər tozu
* yarım stəkan süd
* 2 paket vanil
* 1 limon qabığı (rəndələnmiş)
* 1 limonun suyu
* 2 stəkan un.
Keksi islatmaq üçün:
* 2 stəkan süd.
Üzəri üçün:
* 1 stəkan süd
* 1 paket krem şanti
* ərinmiş şokolad.
Xəmiri hazırlamaq üçün – əvvəlcə yumurta ilə şəkər tozu mikserlə yaxşı qarışdırılır, üzərinə yarım stəkan süd, limon qabığı və limon suyu əlavə edilərək yenidən qarışdırılır. Sonra vanil, qabartma tozu və un əlavə edilərək yaxşıca həll edilirək qarışım hazırlanır.
25-26 santimetrlik qaba yağlı kağız sərilir və qarışım tavaya tökülərək əvvəlcədən 170* qızdırılmış sobada bişirilir.
Keksin bişməsinə əmin olduqdan sonra sobadan çıxarılır və soyumağa qoyulur.
Soyuduqdan sonra keksin üstü südlə isladılır, çalınıb krem şəklini almış krem şanti sürtülür. Krem şantinin üstü ərinmiş şokoladla bəzədilir və süfrəyə verilir.
Nuş olsun!

immunitet.az

loading...

Məsləhət Görürük

kak

Kakaolu keks

  Kakaolu keks Lazım olanlar: * 3 ədəd yumurta * 1 stəkan şəkər tozu * …

Яндекс.Метрика

Designed by F.Aliyev