Qaynar Məqalələr

Uşaqların immun sistemini artıran 6 məsləhət

immuni

Uşaqların immun sistemini artıran 6 məsləhət.
Uşaqların immun sistemini gücləndirən ilk qida ana südüdür. Dünyaya göz açan körpə nə qədər çox ana südü ilə qidalanarsa, bir o qədər də immuniteti yüksək olar. Ana südündən kəsildikdən sonrakı dövrlərdə ən azı 10 yaşına kimi uşağın qidalanması onun həyatında mühüm rol oynayır.
Sizlərə uşaqlarınınzın immunitetinin yüksək olması üçün lazım olan qidalar barədə məlumatlar vermək istəyirəm:
1. Uşağınızın immun sistemini gücləndirən meyvə və tərəvəzlərdən çox istifadə edin. Ən çox tərkibində D və C vitamini bol olan meyvə və tərəvəzlərdən istifadə edin. Bunlara ispanaq, kələm, portağal, kərəviz, brokkli kələmi, pazı, turp və s. aiddir.
2. Uşaqlarınıza Omeqa-3 yağı ilə zəngin qidalar yedirin. Bu qidalara dəniz məhsulları aiddir. Çalışın uşağınız ən azı həftədə 1 dəfə balıq əti yesin.
3. Uşağınızın oprqanizminin müdafiə gücünü artırmaq istəyirsinizsə, ona A, C, E, D vitaminləri ilə zəngin və təbii qidalarla malik qidalar yedirin.
4. Uşağınızın qidasında narıncı və tünd yaşıl rəngdə olan meyvə-tərəvəzlərə üstünlük verin.
5. Uşağınızın C vitamini ilə qidalanmasına üstünlük verin. C vitamini orqanizm üçün gündəlik tələbat olan vitaminlərdən hesab edilir.
6. Uşağınızın sağlam böyüməsi üçün onun orqanizminin sink vitamininə də ehtiyacı böyükdür. Sink vitamini dəri və saçların sağlamlığı üçün ən vacib olan vitaminlərdən hesab edilir.

immunitet.az

loading...

Məsləhət Görürük

usaq2

Tez-tez xəstələnən uşaqlar

Tez-tez xəstələnən uşaqlar Bəzi uşaqlar haqqında nəinki valideyinlər, hətta həkimlər də bu ifadəni tez-tez işlədirlər. …

Яндекс.Метрика

Designed by F.Aliyev