Qaynar Məqalələr

Damaq və dişlərin profilaktikasında nələrə diqqət etməli?

dis-1

Damaq və dişlərin profilaktikasında nələrə diqqət etməli?
Damaq və dişlərin profilaktikasında ilk növbədə hər qida qəbulundan sonra dişlərin fırçalanması durur. Hər bir sağlam dişlərə sahib olan adamın da il ərzində 1 və ya 2 dəfə diş həkiminə müraciət etməsi vacib sayılan şərtlərdən biridir. Dişlərin hər fırçalanmasına baxmayaraq diş ərplərinin əmələ gəlməsi ağız boşluğu problemlərindən biri sayılır.
Mütəxəssislərin hesablamaları ildə 2 dəfə profilaktik səbəblə müayinəyə gedən şəxslərdə 80-85% diş və damaq xəstəlikərinin azalmasını, kariesin isə 40% azalmasını təsdiqləyir.
Diş və damaq xəstəliklərinin profilaktikası məqsədilə ağız boğluğunda olan bakteriya və mikrobların miqdarının azaltmaq məqsədilə də profilaktik tədbirlər aparılır. Bu məqsədlə ağız boşluğu qarqara edilir və ya müxtəlif bitki çayları ilə yaxalanır.
Profilaktik məqsədlə dişlərdə ağrı, diş ətində qanaxma, qıcıqlanma olduğu zaman tez bir zamanda həkimə müraciət etmək də çox faydalıdır.
Ağızdan pis qoxu gəldiyində tez bir zamanda həkimə müraciət etmək lazımdır. Çünki bunun səbəbi dişlərin arasında ilişən qida qalıqları olmaya bilər. Damaqda irinli kistaların olması ağızdan gələn qoxuya səbəb ola bilir. Bunun baş verməməsi üçün damağınızda kiçik bir ağ ləkə gördüyünüz vaxt diş həkiminə müraciət etməniz şərtdir.
Boğaz nahiyyəsində olan xəstəliklər də ağız boşluğunda mikrofloranın əmələ gəlməsinə səbəb ola bilir. Bunun baş verməməsi üçün lor həkiminə də müraciət etməkdə fayda var.
Ağız boşluğunda milyardlarla bakteriyalar yaşayır. Orqanizmin özü daima bu bakteriyalarla mübrizə aparır. Bizim isə bu mübarizədə orqanizmə köməyimiz, diş fırçası və düzgün seçilmiş diş məcunudur.

immunitet.az

loading...

Məsləhət Görürük

0987

Qeyri-düz dişləm

Qeyri-düz dişləm Qeyri-düz dişləm bir çox stomatoloji problemlərə – tənəffüs, həzm, danışığın pozulmasına səbəb olur. …

Яндекс.Метрика

Designed by F.Aliyev