Qaynar Məqalələr

Göbələkli küftə

kuft%c9%99

Göbələkli küftə
Lazım olanlar:
* 500 qram göbələk
* 1 ədəd orta soğan
* 3 ədəd yaşıl bibər
* 2 ədəd pamidor
* 3 xörək qaşığı zeytun yağı.
Küftə üçün lazım olanlar:
* 350 qram üyüdülmüş ət
* 1 ədəd yumurta
* 1 ədəd üyüdülmüş soğan
* 1 dilim çörəyin içi
* 1 diş sarımsaq
* 1 az cəfəri
* duz, istiot, quru nanə və kəklikotu.
Hazırlanması:
Küftənin hazırlanması üçün lazım olan ərzaqlar dərin bir qabın içərisinə qoyulur və yaxşıca qarışdırılır. Duz və lazım olan ədviyyatlar zövqə görə ətə əlavə edilir və yenidən qarışdırılır. Sonra qoz boyda küftələr sobada 180* istilikdə 15-20 dəqiqə ərzində bişirilir.
Kənarda tavada 1 ədəd nazik halqa şəklində doğranmış soğan 1 dəqiqə qızardılır, üzərinə pomidor, bibər əlavə edilir. Pomidor və bibərlər yumuşaldıqda, üstünə nazik doöğranmış göbələklər əlavə edilib qarışdırılır. Tavanın qapağı örtülüb göbələklər bişirilir. Göbələklər bişdikdən sonra sobada bişirilən küftələr göbələkli sousa qatılıb qarışdırılır və 10 dəqiqə sonra küftələr yeməyə hazır olur.
Nuş olsun!

immunitet.az

loading...

Məsləhət Görürük

makarna

Sobada toyuqlu makaron

  Sobada toyuqlu makaron. Lazım olanlar: * 3 ədəd toyuq budu * 500 qram makaron …

Яндекс.Метрика

Designed by F.Aliyev