Qaynar Məqalələr

Qlomerulonefritin klinikası

 

boyrek_0125

Qlomerulonefritin klinikası.
Qlomerulonefrit əsasən streptokokk infeksiyası xəstəliklərindən birini və ya bir-neçəsini keçirmiş adamlarda rast gəlinir. Xəstəliyin aşkar olunmasında arterial təzyiqin artmasının, sidik simptomlarının əmələ gəlməsinin və ödemlərin rolu böyükdür. Xəstəlik əksər hallarda qəfildən başlayır, lakin xəstənin anamnezini araşdırdıqdan sonra onun bir-neçə həftə infeksion xəstəlik keçirdiyi məlum olur. Qlomerulonefrit xəstələrdə, aşağıdakı narahatçlıqları verir:
– baş ağrıları
– sidiyin azalması
– üzün şişməsi
– təngnəfəslik.
Xəstələr halsızlıqdan, bədən çəkisinin artmasından şikayət edirlər. Belə xəstələrin sidiyinin rəngi ət suyu rəngində olur. Xəstələrdə temperatur müşahidə edilmir, bəzi hallarda zəif qızdırma ola bilir. Qlomerulonefritli xəstələr tez-tez və ağrılı sidiyə getmədən, bel nahiyyəsində küt ağrı hissinin daima olmasından şikayətlnirlər. Xəstələrin dərilərinin rəngi avazımış və solğun, üzləri şişkin olur.
Kəskin qlomerulonefritin ilk əlamətlərindən biri gündəlik sidiyin azalmasıdır. Xəstəliyin ağırlıq dərəcəsi artdıqca hətta anuroya da baş verə bilir. Güngəlik sidiyin miqdarının azalması yumaqcıq filtirasiyasının azalması ilə əlaqədar olur ki, bu zaman sidiyin nisbi sıxlığı qatı olur.
Qlomerulonefrit zamanı xəstələrin sidiyində həmişə qan olur. Əksər hallarda qan makrohematuriya şəklində rahat aşkar edilir. Bu zaman görmə sahəsində 10-15 eritrosit tapılır.
Qlomerulonefrit zamanı sidikdə slindirlərin olmasına nadir hallarda rast glinir. Əsasən hialin və dənəvar slindrlər tapılır.
Xəstəlik zamanı sidiyin çöküntüsündə az miqdar leykositlərə rast gəlinir. Qlomerulonefrit zamanı bəzi xəstələrin sidiyinin biokimyəvi müayinəsində qalıq azotun, kreatinin, sidik cövhərinin miqdarının yüksəldiyi məlum olur ki, bu da tezliklə normaya düşə bilir.

immunitet.az

loading...

Məsləhət Görürük

dodaq

Dodaq uçuğunda olan böyük təhlükə

Dodaq uçuğunda olan böyük təhlükə. Dodağınıza çıxan uçuqlamalar fikirləşdiyin qədər yüngül bir şey deyil. O …

Яндекс.Метрика

Designed by F.Aliyev