Qaynar Məqalələr

Dərinin qanqrenası

qan

Dərinin qanqrenası
Dərinin qanqrenası dəri toxumasının ölməsi və həmin hissədə qan dövranının pozulması ilə müşayiət edilən xəstəlikdir. Xəstəlik dərinin üst qatından başıayır və yumşaq toxumadan sümüyə qədər davam edə bilir. Xəstəlik ağırlaşdıqda sümük toxumasının da prosesə qoşulmasına səbəb olur və xəstə ətrafın amputasiyasına gətirib çıxarır.
Əlamətləri:
Xəstəlik zamanı əvvəlcə dərinin rəngi solğunlaşır, sonra isə qırmızı-bronz rəngini alır. Xəstəliyin son mərhələsində isə dərinin rəngi göy-yaşıl olur. Bu zaman xəstə ərtafın temperaturası yüksəlir və xəstə ətraf şişkinləşməyə başlayır. Bəzi hallarda xəstə ətrafda irinli maye müşahidə edilir. İrinli mayenin rəngi qəhvəyi olur və çox pis iylənir.
Xəstəliyin törəsdiciləri aşağıdakılar ola bilir:
– streptokokklar
– stafilokokklar
– difteriya çöpləri
– irin çöpləri
– anaerob bakteriyalar.
Müxtəlif ağır travmalar, qandaşıyıcı orqanların funksiyasının pozulması ilə baş verən zədələnmələr də xəstəliyin əmələ gəlmə səbəblərindən biri sayılır.
Dərinin qanqrenası maddələr mübdiləsinin pozulmasına səbəb olan xəstəliklərin ağırlaşması olaraq da meydana çıxa bilir. Məsələn, şəkərli diabet xəstələrinin qanqrenaya yaxalanmaq riski yüksək olur.
Dəri qanqrenası dəriyə fiziki və kimyəvi təsirlərin nəticəsi olaraq meydana çıxa bilir. Bu təsirlərə, soyuq, isti, günəş şüalanması, müxtəlif kimyəvi birləşmlər aiddir.
Xəstəlitə diaqnozun qoyulmasında müxtəlif laborator analizlərin nəticələri, KT, MRT-in cavabları əsas götürülür.
Müalicə antibiotiklərlə başlanır. Xəstə dəri olan nahiyyənin qan dövranı yaxşılaşdırılmağa çalışılır. Lazım gəldikdə xəstyə oksigen terapiyası məsləhət görülür. Ağır hallarda xəstə ətraf amputasiya edilir.

immunitet.az

loading...

Məsləhət Görürük

qasiq

Qasıq epidermofitiyası (Xerba ekzeması)

Qasıq epidermofitiyası (Xerba ekzeması). Xəstəlik qasıqda əzələlərin arasında əmələ gələn ləkə ilə özünü biruzə verir. Xəstəliyin …

Яндекс.Метрика

Designed by F.Aliyev