Qaynar Məqalələr

Mərci və bulqur kotleti

 

bulqur

Mərci və bulqur kotleti.
Lazım olanlar:
* 1,5 stəkan mərci
* 3 stəkan isti su
* 1,5 stəkan bulqur
* 2 ədəd soğan
* 1 stəkan zeytun yağı
* 1 xörək qaşığı qırmızı bibər tomatı
* 1 xörək qaşığı pomidor tomatı
* 5 ədəd göy soğan
* yarım dəstə cəfəri
* 1 çay qaşığı duz
* 1 xörək qaşığı pul bibər
* 1 çay qaşığı kimyon.
Haırlanması:
1. Mərci yuyulduqdan sonra qaynadılır, suyu çəkilənə yaxın bulqur əlavə edilir, suyu çəkilənə qədər bişirilir.
2. Qazanı odun üstündən götürüb qapağı örtülü halda 15 dəqiqə kənarda saxlanılır.
3. Soğanlar zeytun yağında 5 dəqiqə qızardılır.
4. Qovrulmuş soğana əvvəlcə bibər tomatı, pomidor tomatı, pul bibər və kinyon əlavə edlib qarışdırılır və yenidən 5 dəqiqə qovrulur və mərciyə qatılır.
5. Göy soğan və cəfəri xirda-xırda doğranır, mərciyə qatılır və yaxşıca yoğrulur.
6. Qarışım yoğrulduqdan sonra bir miqdar ovucun içərisinə alınır və forma verilərək yağda qızardılır.
Nuş olsun!

immunitet.az

loading...

Məsləhət Görürük

portagalli-2

Portağallı kişmişli keks

Portağallı kişmişli keks Lazım olanlar: * 3 yumurta * 1 stəkan şəkər tozu * 1 …

Яндекс.Метрика

Designed by F.Aliyev