Mədədə köp və qaz əlamətləri

m%c9%99d%c9%99

Mədədə köp və qaz əlamətləri.
Mədədə köp və qazın olması sağlamlıq baxımından həyat üçün riskli sayılmasa da, əmələ gəldiyi zaman qarında ağrılara səbəb ola bilir. Xüsusən də qazı çıxarmaq lazım gəldikdə və insanlarda narahatlıq və utanma hissi meydana çıxır.
Mədədə köp və qazın olması bağırsaqlarda xəstəliklərin olmadığı zamanlarda da meydana gələ bilıir. Bu qəbul edilən qidalarla da əlaqəli ola bilir. İnsanın gün ərzində 10 dəfə qaz çıxarması normal hesab edilir.
Mədədə əmələ gələn qazları sadə yollarla da çıxarmaq mümkündür. Mədədə köp və qazın olmasının əlamətləri aşağıdakılardır:
* kəskin qarın ağrısı
* spazmlar
* qarında bir şeyin dolaşması hissi
* qarında köp əlamətləri
* qarında sancılar.
Bəzən kor bağırsaq sancıları, ürək və öd kisəsi xəstəlikləri də mədə köpünə bənzər əlamətlərlə meydana gələ bilir. Müalicə tədbirləri götürməzdən əvvəl mütləq sancıların nə səbəbli meydana çıxdığı həkim tərəfindən araşdırılmalıdır. Mədə və bağırsaqlarda qaz və köpün olması patologiya sayılmasa da bəzi hallarda bu əlamətlərlə birlikdə aşağıdakı əlamətlər də meydana çıxarsa, mütləq həkimə müraciət etmək lazımdır:
* uzun zaman baş verən qarın ağrıları
* nəcsin rəngində baş verən dəyişikliklər
* həddindən artıq arıqlama
* şiddətli sinə ağrıları
* qalıcı və tez-tez baş verən ürəkbulanmalar.
Qazın əmələ gəlməsinə karbohidratlı və lifli qidalar səbəb olabilir. Aşağıdakı səbəblər də bağırsaqlarda qaz sancılarının əmələ gəlməsinə səbəb olur:
* meyvələr
* tərəvəzlər
* kəpəkli taxıl məhsulları
* lobya və paxlakimilər
* qazlı içkilər
* sürətli yemək
* həzm sistemində pozumalar
* xronik bağırsaq xəstəlikləri
* sintetik qidalar
* rejimsiz qidalanma.

immunitet.az

loading...

Məsləhət Görürük

udma

Udma aktı və pozulmaları

Udma aktı və pozulmaları. Udma aktı mürəkkəb fizioloji proses olub 2 fazadan ibarətdir: – iradi …

Яндекс.Метрика

Designed by F.Aliyev