Qaynar Məqalələr

Kotlet bişirərkən diqqətli olun…

kotlet

Kotlet bişirərkən diqqətli olun…
Bütün yaş dövrlərində olan insanların xoşladığı kotleti demək olar ki, bütün qadınlar bişirə bilir. Tərkibinə, bişirilmə texnikasina əməl edilməsinə baxmayaraq, hərənin bişirdiyi kotletin dadı bir cür olur. Bunun sirrinin bilirsinizmi?
Sizlərlə bişirdiyiniz kotletin dadlı alınması üçün bir-neçə sirri bölüşmək istəyirəm.
1. Kotletin ətinə boyat çörək qatdığınız zaman çörəklərin kənar hissələrini də əlavə etsəniz kotletiniz istəyiyiniz kimi alınmaya bilər.
2. Kotletin ətini əlinizlə qarışdırsanız daha dadlı olar.
3. Soğanın suyunu sıxıb ətə qatdıqda kotlet daha dadlı olur.
4. Kotletin ətini ətçəkən maşından 2 dəfə keçirin.
5. Kotlet üçün yağsız ət seçsəniz daha yaxşı olar.
6. Kotlet hazırlamaq üçün ətə lazım olan ərzaqları qatıb əllə yaxıca yoğurduqdan sonra onu soyuducuda bir az saxlasanız kotletləriniz daha səliqəli olar.
7. Kotlet qızardarkən onu vam xodda qızardın.
Nuş olsun!

immunitet.az

loading...

Məsləhət Görürük

makarna

Sobada toyuqlu makaron

  Sobada toyuqlu makaron. Lazım olanlar: * 3 ədəd toyuq budu * 500 qram makaron …

Яндекс.Метрика

Designed by F.Aliyev