Uşaqlarda osteoxondroz

usaq

Uşaqlarda osteoxondroz.
Uşaqlarda baş verən bu qrup xəstəliklər ostexondropatiyalar adlanır. Uşaq osteoxondropatiyaları uşaq yaşlarında boyun inkişafının ləngiməsi, sümüklərin hissəvi inkişafdan qalması ilə özünü biruzə verir. Bu zaman sümüklərdə deformasiyalar baş verir, qığırdaq toxuma nekrozlaşır. Xəstəliyin qığırdaq toxumada inkişaf etməsində infeksiyanın rolu olduğu söylənilir. Mütəxəssislər müxtəlif infeksiyaların müxtəlif sümüklərdə osteoxondropatiya səbəb olduğunu söyləyirlər.
Xəstəliyin əlamətləri tədricən inkişaf edir. Əvvəlcə sümüklərdə sızıldayıcı ağrılar, hərəkətlərin çətinləşməsi, qəfil yıxılmalar, ayaqların bir-birinə dolaşmaları baş verir. Bu dövrdə uşaqlar və yeniyetmələrdə güclü ağrılar və axsamaq müşayiət edilmir. Bu zaman adətən valideyinlər həkimə müraciət etmirlər.
Bir müddət sonra isə oynaqlarda gözlə görünən deformasiyalar meydana çıxmağa başlayır və əksər valideyinlər bu zaman həkimə müraciət edirlər. Bu dövrdə uşaqlar bel hissələrdə yorğunluqdan, ağrıdan şikayət edirlər. Osteoxondropatiyalı uşaqlar ayaq üstə durmağa çətinlik çəkirlər və daima özlərinə oturmağa yer axtarırlar, çünki onların ayaq üstə çox dayanmağa heyi olmur. Sonrakı dövrlərdə xəstəliyin əlamətləri kəskinləşməyə bvaşlayır, ağrılar və deformasiyalar artır. Onurğanın deformasiyası kifoz xəstəliyinin inkişafına səbəb olur. Xəstəliyin əsas əlamətləri aşağıdakılardır:
* yorğunluq
* ətraflarda ağrılar
* onurğanın deformasiyası
* aşağı ətrafların deformasiyası
* axsamaq.
Xəstəliyin əmələ gəlməsində irsi faktorun, müxtəlif travmaların, anadangəlmə onurğa beyin patologiyalarının, onurğanı qidalandıran sinirlərin infeksiyalar səbəbli nekroza uğramasının rolu olduğu söylənilir.

immunitet.az

loading...

Məsləhət Görürük

immuni

Uşaqların immun sistemini artıran 6 məsləhət

Uşaqların immun sistemini artıran 6 məsləhət. Uşaqların immun sistemini gücləndirən ilk qida ana südüdür. Dünyaya …

Яндекс.Метрика

Designed by F.Aliyev