Dietoloqa kimlər müraciət etməlidir?

dietoloq

Dietoloqa kimlər müraciət etməlidir?
Uzun illərdir ki, dietologiya tibb elminin bir bölməsinə çevrilib. İnsanlar sağlam həyat tərzi yaşamaq üçün dietoloqların məsləhəti ilə qidalanır, onların göstərişlərinə əməl edirlər.
Qəbul elədiyimiz gündəlik qidalar hava və su kimi orqanizmimizə lazımdır. Qidaların tərkibindəki maddələr sayəsində orqanizm ehtiyacı olan həyat əhəmiyyətli vacib maddələri qəbul edir. Onu da qeyd etmək lazımdır ki, orqanizmin sağlamlığı və ömrün uzunluğu qəbul edilən qidalardan çox asılıdır.
Son bir-neçə onillikdə sağlamlıqlarının qayğısını çəkən isanlar qida rasionunu dietoloqların məsləhətlərinə uyğun tərtib edirlər. Düzgün olmayan qidalanma, stresslər, azhərəkətlilik, spirtli içki və siaret qəbulu, ayaqüstü yeməklər insanlarda bir çox xəstəliklərin meydana gəlməsinə səbəb olduğunu düşünsək dietoloqların məslətəhi ilə qidalanmaya üstünlük vermək olar. Çünki bu cür həyat rejimi ciddi xəstəliklərin – o cümlədən şəkərli diabetin, ürəyin işemik xəstəliklərinin, arterial təzyiqin, ateresklerozun meydana gəlməsinə səbəb olur. Bəs nə zaman dietoloqlara müraciət etmək lazım olduğunu bilirsinizmi?
Həkimlər aşağıdakı hallarda dietoloqa getməyin mütləq olduğunu söyləyirlər:
* artıq çəki, piylənmə
* çəkinin normadan az olması
* şəkərli diabet və digər endokrin xəstəliklər
* maddələr mübadiləsi pozğunluqları zamanı
* təngnəfəslik və şişkinlik olduqda
* qanda xolesterolun miqdarı çox olduqda
* mədə-bağırsaq xəstəlikləri
* qaraciyər xəstəlikləri
* ürək-damar xəstəlikləri
* atereskleroz
* müxtəlif qida allergiyaları
* menopauza dövrü
* orqanizmin ümumi təmizlənməyə ehtiyacı olduğu zaman
* idman məşğələləri ilə məşğul olduqda
* yuxu pozğunluqlarında
* onurğanın müxtəlif hissələrində ağrılar olduqda.
Düzgün seçilmiş dietoloq və düzgün qidalanma rejimi arterial təzyiqin normallaşmasına, çəkinin normaya düşməsinə, xroniki yorğunluq əlamətlərinin aradan qalxmasına, maddələr mübadiləsinin yaxşılaşmasına səbəb olur.

immunitet.az

loading...

Məsləhət Görürük

123

Orqanizmin regenerasiyası

Orqanizmin regenerasiyası Zədələnmiş toxumaların, orqanların və bədənin ayrı-ayrı hissələrinin bərpa olunması regenerasiya adlanır. Regenerasiya prosesi …

Яндекс.Метрика

Designed by F.Aliyev