Qaynar Məqalələr

Gərginlik səbəbli baş ağrıları

bas-agrisi

Gərginlik səbəbli baş ağrıları.
Bu cür baş ağrıları çiyin və boyun əzələlərinin gərginləşməsi səbəbindən baş verir.
Mütəxəssislər baş ağrılarının 80%-in çiyin və boyun əzələlərinin gərginəşməsi səbəbindən baş verdiyini söyləyirlər. Bu zaman əvvəlcə çiyin və boyun hissənin əzələləri gərginləşir, dartılma hiss edilir, sonra isə baş ağrıları başlayır. Ağrılar güclü xarakter daşıyır. Bəzən elə xəstələr olur ki, bu ağrılar onlarda ilin 180 günü baş verir.
Gərginlik səbəbli baş ağrıları qısa müddətli və xroniki ola bilir. Ağrılar xroniki şəkil aldıqda intensiv xarakter daşıyır.
Ağrılar səhər yuxudan duran zaman həzin başlayır və get-gedə artaraq kəskinləşməyə başlayır. Bəzən belə adamlarda fiziki yorğunluq zamanı və stresslərdən sonra da boyun əzələlərində gərginləşmə səbəbli ağrılar baş verə bilir.
Gərginlik səbəbli baş ağrıları digər xəstəliklər səbəbli meydana çıxan baş ağrılarından fərqlənir. Belə ki, bu cür baş ağrılarının nə zaman, hansı səbədən başlaması məlum olmur.
Gərginlik səbəbli baş ağrıları orqanizmdə aşağıdakı əlamətlərin meydana çıxmasına səbəb olur:
* ürəkbulanma
* qusma
* zəiflik
* baş hərlənməsi
* əsəbi gərginlik
* kürək və boyun əzələlərində ağrılar
* kəskin baş ağrıları.
Gərginlik səbəbli baş ağrılarından xilas olmaq üçün ağrıları əmələ gətirən səbəbə diqqət yetirməli və onu aradan qaldırmaq lazımdır. Bəzən belə ağrılar depressiyadan qaynaqlana bilir. Bu zaman xəstələrə psixoloji təsir etməklə ağrıları aradan qaldırmaq mümkün olur. Gərginliiyi əmələ gətirən insanlardan və şəraitdən uzaq durmaq baş ağrılarının əmələ gəlməsinin qarşısını alan əsas amil hesab edilir.

immunitet.az

loading...

Məsləhət Görürük

iflicin-sebebleri

İflicin diaqnozunu qoymaq asanlaşdı

İflicin diaqnozunu qoymaq asanlaşdı. Bəzi  hallarda  iflicin  diaqnozunu  qoymaq  çətinlik  törədir. Hər  hansı  bir  xəstəlik …

Яндекс.Метрика

Designed by F.Aliyev