Qaynar Məqalələr

Dadlı, yüngül, tərəvəzli salat

salat

Dadlı, yüngül, tərəvəzli salat.
Salatı hazırlamaq üçün lazım olanlar:
* 2 ədəd badımcan
* 2 ədəd soğan
* 3 ədəd yer kökü
* 4 ədəd pomidor
* 1 diş sarımsaq
* mayonez
* duz
* cəfəri, şüyüd
* duru yağ.
Badımcan doğranır, duzlanıb acı suyu çıxmaq üçün bir müddət saxlanılır. Sonra badımcanlar duru yağda qızardılır, yağı çıxsın deyə salfetin üzərinə qoyulur. Sarımsaq əzilir, mayonezə qatılır.
Yerkökü sürtçəcin uzun nazik hissəsindən keçirilir və yağda qızardılır və salfetin üstünə yağını çəkmək üçün qoyulur.
Soğan nazik və uzun şəkildə doğranır, qızılı rəng alana qədər qızardılır, soyumağa qoyulur. Pomidorlar uzunsov, göyərtilər isə xırda-xırda doğranır.
Boşqaba badımcan, soğan, yerkökü, pomidor üst-üstə arası mayonezlənmək şərti ilə düzülür. Ən üstə mayonez sürtülüb göyərti səpilir.
Nuş olsun!

immunitet.az

loading...

Məsləhət Görürük

kak

Kakaolu keks

  Kakaolu keks Lazım olanlar: * 3 ədəd yumurta * 1 stəkan şəkər tozu * …

Яндекс.Метрика

Designed by F.Aliyev