Qaynar Məqalələr

Duzlu xiyarla perlova şorbası

duzlu-xiyar

Duzlu xiyarla perlova şorbası.
Bu şorbanın dadı çox gözəl olduğuna görə bir çox ölkələrin restoranlarında duru yeməklərin siyahısında, adı ön sıralardan birində durur. Şorbanın hazırlanması və hazırlanmasında istifadə edilənlər çox sadə və əl altında olan məhsullardır.
Şorbanın hazırlanması üçün lazım olanlar:
* 500 qram mal əti
* 100 qram perlova
* 500 qram kartof
* 1 iri yerkökü
* 30 qram cəfəri
* 200 qram duza qoyulmuş xiyar
* duz, istiot.
Hazılanması:
Əvvəlcə perlova yuyulur suya qoyulur, sonra bişirilir. Ət yuyulur, tikələrə bölünür, bişirilir. Ətin kəfi yığıldıqdan sonra vam odda həl bişirilir. Sonra perlova, kartof bulyona əlavə edilir. Kartof kubik şəklində doğranır, bulyona qatılır. Sonra turşu xiyar yağda azacıq qızardılır, daha sonra yerkökü kərə yağında yüngül qızardılır, üzərinə tomat, xırda doğranmış soğan, duz və istiot əlavə edilir.
Bir neçə dəqiqə sonra qarışım bulyona qatılır və bir müddət qaynadıqdan sonra yeməyə hazırdır.
Nuş olsun!

immunitet.az

loading...

Məsləhət Görürük

makarna

Sobada toyuqlu makaron

  Sobada toyuqlu makaron. Lazım olanlar: * 3 ədəd toyuq budu * 500 qram makaron …

Яндекс.Метрика

Designed by F.Aliyev