Qaynar Məqalələr

Anadangəlmə atipik xallar

atipik-xal
Anadangəlmə atipik xallar
Anadangəlmə atipik xallar yeni doğulmuş körpənin dərisində iri ölçüdə tünd ləkənin olması ilə xarakterizə olunur. Bu zaman xal 6 mm və ondan böyük və müxtəlif formalda olur. Bəzən bu xallar iki rəngə malik olması ilə diqqəti cəlb edir.
Anadangəlmə atipik quruluşa malik xallar melanoma xarakterində olur və belə uşaqlar vaxtaşırı dermatoloq tərəfindən yoxlanılır.
Atipik xalların 100-ə yaxın növü var. Bu xallar dərinin istənilən nahiyyəsində əmələ gələ bilir. Ən çox isə xayaların, süd vəzilərinin üstündə, başın dərisində rast gəlmək mümkündür. Bu hissələrdə əmələ gələn xallar, bədənin digər nahiyyələrində əmələ gələn xallardan quruluşuna və ölçüsünə görə fərqlənirlər.
Xalın əmələ gəlməsi irsi və ailəvi xarakter daşıyır, əmələ gəlmə səbəbi tibbə məlum deyil.
Anadangəlmə atipik xallara diaqnozun qoyulması çətinlik törətmir.
Dərisində anadandəlmə xalı olan həkimə müraciət edtiyi zaman ailəsində və ya yaxın qohumlarında bu cür xalı olanlar və onların aqibəti barədə də həkimə mütləq məlumat verməlidir. Belə adamlar düz düşən gün şüalarının altında gəzməməli, vaxtaşırı həkim qəbulunda olmalı və xallarına özbaşına müdaxilə etməməlidirlər.

immunitet.az

loading...

Məsləhət Görürük

qasiq

Qasıq epidermofitiyası (Xerba ekzeması)

Qasıq epidermofitiyası (Xerba ekzeması). Xəstəlik qasıqda əzələlərin arasında əmələ gələn ləkə ilə özünü biruzə verir. Xəstəliyin …

Яндекс.Метрика

Designed by F.Aliyev