Süd allergiyası

sud

Süd allergiyası.
Süd allergiyası uşaq allergiya xəstəlikləri arasında tez-tez rast gəlinən növlərindən biridir.
Süd allergiyası orqanizmin immun sisteminin süd və süd məhsulları qəbul edilən zaman əmələ gələn patologiyadır. Bu patologiya bütün məməli heyvanların südü içilən zaman baş verir. Allergiyanın baş verməsinə südün tərkibində olan zülal və laktoza səbəb olur. Zülal və laktozanın orqanizm tərəfindən qəbul edilməməsində isə immun sistemlə yanaşı, mədə-bağırsaq problemlərinin də olması böyük rol oynayır.
Allergiya əlamətləri süd içildikdən bir-neçə dəqiqə və ya bir-neçə saat sonra meydana çıxmağa başlayır. Bu zaman aşağıdakı simptomlar meydana çıxır:
– ürəkbulanma
– qusma
– dəridə qızartılar
– ishal
– qarında sancılar
– soyuqdəymə əlamətləri
– gözdən yaş gəlmə
– dəridə qaşınmalar
– ağız boşluğunun kənarında qızartılar
– bəzən təngnəfəslik.
Süd allergiyası anafilaktik şokun baş verməsinə də səbəb ola bilir. Bunun baş verməməsi üçün analardan uşaqlarına qarşı diqqətli olmaq tələb olunur. Çünki süd allergiyası qoz və araxisə olan allergiyalardan sonra üçüncü yerdə durur. Əgər analar öz azyaşlı uşaqlarında süd qəbulu zamanı xoşagəlməyən bir hal hiss edirlərsə, onda mütləq həkimlə məsləhətləşməlidirlər. Bu onların övladlarının gələcəkdə baş verə biləcək ağırlaşmalardan qoruya bilər.
Xəstəliyə diaqnozun qoyulması çətinlik törətmir, belə ki, bir az diqqətli olmaq süd allergiyasının diaqnozunun qoyulmasına səbəb olur.
Müalicə ilk növbədə süd və süd məhsullarının qidadan çıxarılmasından ibarət olur.

Bəzən belə uşaqlarda tərkibində süd və süd məhsulları olan müxtəlif qidalar da allergiya əmələ gətirə bilir. Bu zaman həmin qida məhsullarınıda uşaqlardan uzaq tutmaq lazım gəlir. Müalicə zamanı pəhrizə diqqət və antihistamin preparatların qəbulu allergiyanın aradan qalxmasına səbəb olur.

immunitet.az

loading...

Məsləhət Görürük

qizarti

Kürək nahiyyəsində səpgilər, qızartı və ləkələrin səbəbi

Kürək nahiyyəsində səpgilər, qızartı və ləkələrin səbəbi. Bədənin  bir hissəsində olan səpgilər və qızartılar hansısa …

Яндекс.Метрика

Designed by F.Aliyev