Qaynar Məqalələr

Alkohol zəhərlənmələri

alkohol-1

Alkohol zəhərlənmələri.
Alkohol zəhərlənmələri həddindən artıq və keyfiyyətsiz alkohol qəbul edən adamlarda baş verir və aşağıdakı əlamətlərlə meydana çıxır:
– tənəffüssün pozulması
– hava çatışmazlığı
– ürək sıxılması
– temperaturun düşməsi
– hıçqırma
– ürəkbulanma
– qusma
– qıcolmalar
– solğun dəri
– huşun itməsi.
Alkohol zəhərlənmələri zamanı yuxarıda sadalanan əlamətlər xəstənin komaya düşməsinə və ölümünə səbəb ola bilir. Alkohol zəhərlənmələri nəinki çoxlu spirtli içki qəbul edənlər arasında, hətta az miqdar spirtli içki qəbul edən uşaqlarda da baş verə bilir. Zəhərlənmə zamanı ilk iş xəstəyə təcili tibbi yardım göstərməkdən ibarət olmalıdır.
Alkohol zəhərlənməsinə diaqnozun qoyulması çətinlik tələb etmir. Bu zaman müalicə tez başlanmalı, xəstəyə qısa zamanda tibbi müdaxilə olunmalıdır.
Alkohol zəhərlənməsinin müalicəsi yalnız həkimin deyil, xəstənin də səyi nəticəsində baş verir. Belə ki, əlamətləri aradan qaldırdıqdan sonra xəstələrə uzun müddət alkohol müalicəsi tətbiq olunur ki ,bu da xəstədən səbirli olmağı tələb edir.
Alkohol zəhərlənmələrinin müalicəsi aşağıdakı istiqamətlərdə aparılır:
* xəstəyə daima nəzarət
* oksigenlə müalicə
* vitaminlər və müxtəlif vasitələrlə müalicə
Azyaşlıların spirtli içki qəbul etdiyi zaman əmələ gələn qida zəhərlənmələri zamanı, hemodializə ehtiyac ola bilir. Bu orqnizmdən alkohol toksinlərinin tamamilə və qısa müddət ərzində çıxması üçün çox faydalı sayılır.

loading...

Məsləhət Görürük

magnesium2

Möcüzəli maqnezium

Möcüzəli maqnezium Orqanizmdə olan maqneziumun 2/3-si sümüklərdə, yerdə qalanı isə yumuşaq toxumalarda olur. Orqanizmimizdə olan …

Яндекс.Метрика

Designed by F.Aliyev