Qaynar Məqalələr

Siqareti tərgitməyin ən asan yolları

siqaret2

Siqareti tərgitməyin ən asan yolları.
Siqaretdən asılı olan bir çox insan, onu tərgitmək istədiyi halda öz hissəlini etiraf etməyə utanır. Amma mütəxəssislər ev şəraitində bəzi vasitələrlə siqaretdən uzaqlaşmağın mümkün olduğunu söyləyirlər. Bu vasitələrin bir-neçəsini sizlərə bildirmək istəyirəm.
1. İlk növbədə alkohol və kofeni tərgidin. Çünki onlar sizin siqaretdən asılılığınızla birlikdə olan digər tərgidə bilmədiyiniz vərdişlərinizdəndir.
2. Siqaretdən tez bir zamanda azad olmağa çalışmayın. Bunu tədricən edin, yəni gün ərzində çəkdiyiniz siqaretlərin sayını azaltmağa çalışın.
3. Əvvəlcə siqaret çəkmələrin sayını azaldın, sonra isə aralarında olan məsafəni çoxaltmağa çalışın.
4. Əgər ürəyinizdən siqaret çəkmək keçərsə, 1 stəkan su için və ya 1 alma yeyin. Nanəli konfet sormaq və saqqız çeynəmək sizi bu düşüncədən uzaqlaşdıra bilər.
5. Əgər hiss etsəniz ki, siqareti azaltdığınıza görə diqqətiniz dağılır, bu zaman tum çırtlaya bilərsiniz.
7. Evinizdə göz önündə siqaret, kibrit və ya alışqan saxlamayın.
8. İdmanla məşğul olmağa başlayın. Bu sizin fikrinizi siqaretdən uzaqlaşdıra bilər.
9. Gün ərzində əvvəllər siqaretə verdiyiniz pulları bir yerə yığın və həmin pulla kinoya və ya teatra gedin.
10. Siqareti atmaq istədiyinizi yaxınlarınıza söyləyin.
11. Orqanizminizdə illərlə yığılıb qalmış toksinləri təmizləmək üçün bol maye qəbul edin.

immunitet.az

loading...

Məsləhət Görürük

sugar

Gün ərzində nə qədər şəkər qəbul etməli?

Gün ərzində nə qədər şəkər qəbul etməli? Gün ərzində istifadə etdiyimiz bir çox qidaların tərkibində …

Яндекс.Метрика

Designed by F.Aliyev