Qaynar Məqalələr

Tiroid hormonları

triotrop

Tiroid hormonları
Tiroid hormonları, yəni tiroksin və triyodtironin qalxanvari vəzin zülali maddəsi olan tiroqlobilinin tərkibində sintez olunur. Vəzin follikulları təkqatlı epitel hüceyrələri ilə əhatə edilmiş sarımtıl rəngli maye ilə dolu olan qovuqcuqlardır. Bu mayenin əsas hissəsini tiroqlobilin adlı qlikoprotein təşkil edir. Tiroqlobilinin zülal hissəsi follikul hüceyrələrinin ribasomlarında sintez edilir, molekulun yodla birləşməsi isə kolloid boşluqda baş verir. Bu proses aşağıdakı mərhələdən ibarətdir:
1. Tirositlərin yod birləşmələrini qandan qəbul etməsi.
2. Tireqlobilin zülalının sintezi və onun tərkibində olan tirozin qalıqlarının yodla birləşməsi.
3. Tiroqlobilinin tərkibində yodlaşmış tirozin qalıqlarından tiroid hormonlarının əmələ gəlməsi.
4. Tiroid hormonlarının zülaldan ayrılması.
Qalxanabənzər vəzin normal fəaliyyəti üçün qanda yodidlərin qatılığı ən az 0,1mkq% olmalıdır.
Yod həzm sistemindən qana qeyri-üzvi birləşmələr şəklində sorulur. İnsan orqanizminin gün ərzində qida vasitəsilə qəbul edilən yoda gündəlik tələbatın minimal səviyyəsi 50-75 mkq, optimal səviyyəsi isə 120mkq-dir. Qalxanabənzər vəzi qanın tərkibində olan yodu xüsusi mexanizmlərin köməyi ilə tutduğuna görə bütün orqanizmdə olan yodun ümumi miqdarının 30-35%-ə qədəri burada toplanır.
Qalxanabənzər vəzidə hormonların sintezinə sərf edilməli olan yodidlər qabaqcadan aktivləşməlidir. Yodidlərin aktivləşməsi yodtirozinlərin əmələ gəlməsi əslində biyokomyəvi reaksiyanın mərhələsidir.
Tritrop homonu orqanizmdə aşağıdakı proseslərin baş verməsində rol oynayır:
– boyun inkişafı
– zülaların biosintezi
– əzələlərin böyüməsi
– sümük iliyində hüceyrələrin böyüməsi
– qaraciyərdə hüceyrələrin böyüməsi.
Tiroid hormonunu orqanizmdə bioploji aktiv maddə rolunu oynayır. Amma onun qalxanvari vəz xəstəlikləri səbəbilə az və ya çox miqdarda olması orqanizm üçün patoloji hal sayılır.

immunitet.az

loading...

Məsləhət Görürük

hormonar

Həzm sisteminin hormonları

Həzm sisteminin hormonları. Həzm sisteminin müxtəlif hissələrində endokrin xassəli hüceyrə qrupları aşkar edilmişdir. Bu vəzilərdə …

Яндекс.Метрика

Designed by F.Aliyev