Qaynar Məqalələr

Tavada tərəvəzli ət qovurması

tava
Tavada tərəvəzli ət qovurması.
Lazım olan ərzaqlar:
– 2 iri qırmızı, 2 sarı bibər
– 3 iri badımcan
– 2 ədəd iri pomidor
– 300 qram soğan
– 600 qram döş əti
– 3-4 qaşığı yağ
– duz, pul bibər, qarışıq ədviyyatlar.
Bibərlərin içərisi təmizlənir, halqa şəklində doğranır. Badımcanlar yuyulub 1 sm qalınlığında dairəvi şəkildə doğranır, soğanlar təmizlənib halqa şəklində doğranır.
Tavaya yağ tökülüb qızdırılır, soğanlar 5 dəqiqə, bibərlər 3-4 dəqiqə, badımcan 3 dəqiqə olmaq şərti ilə ayrı-ayrı qızardılır.
Ətdə həmin yağda qızardılır, ardınca kubik şəklində doğranmış pomidorlar yağlı tavada vam xodda 3 dəqiqə bişirilir. Ət tavaya qoyulur, üzərinə qızardılmış tərəvəzlər əlavə edilir. Duz az miqdarda tərəvəzlərin aralarına səpilir, pul bibər və ədviyyat əlavə edilir. Sonda duxovkada 100*C-də 1 saat saxlanılır.
Nuş olsun!

immunitet.az

loading...

Məsləhət Görürük

kak

Kakaolu keks

  Kakaolu keks Lazım olanlar: * 3 ədəd yumurta * 1 stəkan şəkər tozu * …

Яндекс.Метрика

Designed by F.Aliyev