Kəskin pnevmoniyanın əmələ gəlmə səbəbləri

pnevmoniya

Kəskin pnevmoniyanın əmələ gəlmə səbəbləri.
Ağciyərlərin iltihabının inkişafı infeksiyanın nüfuz etməsi mexanizmi, bu nüfuzetmənin şəraiti və orqanizmin vəziyyəti ilə əlaqədardır.
İnhalyasion hissəciklərin tənəffüs yollarında paylanması və inkişaf etməsi infeksiyanın həcmindən asılıdır. Xəstəliyin törədiciləri az miqdarda da olsa patologiyanın əmələ gəlməsinə səbəb ola bilir.
Əksər hallarda xəstəliyin törədicisi Staphylococcus aureusdur.
Törədici ağciyər toxumasına nüfuz edir və pnevmoniyanın əmələ gəlməsinə səbəb olur. Xəstəlik orqanizmi zəif olan adamlarda daha tez əlamətlərin göstərir. Bu əlamətlərə aiddir:
– səsin tutulması
– qırtlaq üstlüyünün bağlanması
– öskürək refleksi
– tənəffüs yollarında nazik selik qatı
– mukosilitar klirens
– udqunmanın pozulması.
Kəskin pnevmoniyanın inkişafına virus infeksiyası, bronx şaxələrinin obstruksiyası, papirosçəkmə və havanın sənaye çirklənməsi, döş qəfəsinin travması, durğunluq ürək çatmazlığı və cərrahi əməliyyatdan sonrakı dövr də şərait yaradır. Xəstəliyin əmələ gəlməsinə stafilokokklar, göy irin çöpləri, klebsiellalar, viruslar və mikoplazmalar səbəb ola bilir.
Xəstələr ümumi zəiflikdən, iştahanın olmamasından, titrətmədən, təngnəfəslikdən, döş qəfəsində ağrıdan şikayət edir.
Xəstəliyin əlamətləri kəskinləşdikcə mialgiya əlamətləri meydana çıxır.
Kəskin pnevmoniyaya diaqnozun qoyulmasında obyektiv müayinə və rentgenoqrafiyanın nəticələri əsas götürülür. Müxtəlif laborator analizlərin və bəlğəmin müayinəsi xəstəliyi törədən mikroorqanizmlərin növünün tapılmasında və müalicədə çox yardımçı olur.

immunitet.az

loading...

Məsləhət Görürük

agciyerler

Ağciyərlərin xronik obstruktiv xəstəlikləri

Ağciyərlərin xronik obstruktiv xəstəlikləri. Ağciyərlərin xronik obstruktiv xəstəlikləri xronik, ləng proqressivləşən xəstəlik olub bronx ağacının …

Яндекс.Метрика

Designed by F.Aliyev