Qaynar Məqalələr

Bronxial astmanın pilləli müalicəsi

astma

Bronxial astmanın pilləli müalicəsi.
Bronxial astmanın müalicəsi pilləli yanaşmaya əsaslanır. Bu yanaşmanın məqsədi daha az dərman vasitlərindən istifadə etməklə bronxial astmanın təzahürlərini azaltmaqdan ibarətdir. Astma zamanı dərmanların miqdarı və qəbul edilmə tezliyi xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq təyin edilir.
Xəstəliyin birici mərhələsində dərmanlar fiziki gərginlikdən əvvəl verilir. Xəstəyə həkim dozasını təyin etməklə teofillin verilir və allergenlə spesifik immunoterapioya aparılır.
Sonralar xəstəyə inhalyasyon kortikosteroidlər təyin edilir.
Bronxial astmanın təzahürləri aradan qalxmadıqda gündəlik olaraq xəstəyə iltihabəleyhinə dərman vasitələri təyin edilir. Bu zaman xəstələrə uzunmüddətli təsirə malik bronxodilatatorlardan istifadə edilir. Bu adətən gecə tutmaları baş verən xəstələrə təyin edilir.
Xəstəliyin gedişi ağır olduqda xəstəliyə tam nəzarət etmək mümkün olmur. Bu zaman xəstələrə əvvəlki dərmanlarla yanaşı adrenomimetiklər təyin edilir. Bu zaman adrenomimetiklərlə yanaşı xəstəyə xolinoblakatorlar da təyin edilir. İnholyasiya xəstəliyin qısamüddətdə əlamətlərinin aradan qaldırılmasında çox yardımçı olur. İnholyasiya qısamüddətli təsirli adrenomimetiklər simptomları yüngülləşdirmək üçün lazımdır, amma sutka ərzində 3-4 dəfədən çox olmamalıdır.
Bronxial astmanın müalicəsində aşağıdakı müalicə tədbirlrindən istifadə edilməlidir:
* Xəstələrə allergenlə spesifik müalicə, yüngülləşdirici pəhriz terapiya, baroterapiya, iynərefleksoterapiya tətbiq edilir.
* İnfeksiyadan asılı astmalı xəstələrdə infeksiya ocağının sanasiyası, mukolitik müalicə tətbiq edilir.
* Autoimmun astmalı xəstələrə qlükokortikoidlərdən başqa sitostatik preparatlar təyin edilir.
* Aspirin astmalı xəstələrə antileykotrein preparatlar təyin edilir.
* Hormondan asılı astmalı xəstələrə klükokoprtikosteroidlərin təyini sxemlə təyin edilir.
* Kəskin ifadə olunmuş xolinergik variantlı xəstələrə xolinoblakatorlar təyin edilir.
* Bronxial astmalı xəstələrə xəstəliyin hər mərhələsində müalicə bədən tərbiyəsi effektli təsir göstərir.

immunitet.az

loading...

Məsləhət Görürük

agciyerler

Ağciyərlərin xronik obstruktiv xəstəlikləri

Ağciyərlərin xronik obstruktiv xəstəlikləri. Ağciyərlərin xronik obstruktiv xəstəlikləri xronik, ləng proqressivləşən xəstəlik olub bronx ağacının …

Яндекс.Метрика

Designed by F.Aliyev