Qaynar Məqalələr

Paradontit

dis-eti

Paradontit.
Diş əti və onun ətraf toxumasında baş verən iltihabi xəstəlik paradontit adlanır. Ən geniş yayılmış diş əti xəstəliklərindən biri qinqvitdir. Qinqvit diş ətinin iltihabı xəstəliyidir. Onun aşağıdakı formaları var:
– hipertrogik qinqvit
– kataral qinqvit
– xoralı qinqvit
– nekrotik qinqvit
– atrofik qinqvit.
Xəstəliyin ümumi əlamətləri aşağıdakılardır:
* diş ətinin marginal və papilyar hissəsinin qızarması
* dişi fırçalayan və ya bərk qida qəbulu zamanı diş əti qanaxmaları
* ağızdan xoşagəlməz qoxunun gəlməsi
* diş ətində qaşınma hissiyyatının olması
* diş ətində göynəmənin olması.
Xəstəlik orqanizmdə immunitetin aşağı düşməsi və hormonal disbalansın baş verməsi ilə əlaqələndirilir.
Xəstəliyə diaqnoz stomatoloq tərəfindən qoyulur.
Müalicə zamanı ilk növbədə diş ətini qıcıqlandıran vasitələrdən xilas olunur (plombaların sökülməsi, yararsız qapaqların götürülməsi, diş daşlarının təmizlənməsi).
Hipertrofik qinqvit zamanı diş əti məməciyi böyüyür, yalançı diş əti cibləri əmələ gəlir. Bu zaman diş ətində sklerozlaşma terapiyası aparılır.
Xəstəliyin əsas əlamətləri pis qoxuyan və qanayan diş ətinin olmasıdır.
Müalicədə ümumi və yerli müalicə metodlarından istifadə edilir.

immunitet.az

loading...

Məsləhət Görürük

0987

Qeyri-düz dişləm

Qeyri-düz dişləm Qeyri-düz dişləm bir çox stomatoloji problemlərə – tənəffüs, həzm, danışığın pozulmasına səbəb olur. …

Яндекс.Метрика

Designed by F.Aliyev