Qaynar Məqalələr

Respirator disstress sindromu

respirst

Respirator disstress sindromu.
Respirator disstress sindromu kəskin tənəffüs çatışmazlığı ilə xarakterizə olunan xəstəlikdir. Xəstəlik aşağıdakı əlamətlərlə özünü biruzə verir:
– ağciyərlərin müxtəlif kəskin zədələnmələri
– ağciyərlərin qeyri-kardiogen ödemi
– xarici tənəffüsün pozulması
– hipoksiya
– ağciyərdə infiltirasiya.
Respirator distress sindromu ağciyərləri birbaşa və ya dolayısı ilə zədələyir. Müayinə zamanı xəstənin qanında ağciyərlərin zədələnməsinə səbəb olan bioloji aktiv maddələrin çoxluğu müəyyən edilir. Ağciyərləri zədələyən maddələrdən trombositlərin aqressiyasının pozğunluqları zamanı da qanda aşkar edilir. Xəstəlik zamanı aktivləşmiş leykositlər və trombositlər sitotoksik maddələr ifraz edərək ağciyərlərin kapiliyarlarında aqreqat şəklində toplanırlar. Bu zaman ağciyər kapiliyarlarının alveollarının zədələnməsi baş verir ki, bu da alveolların (hava boşluqlarının) maye ilə dolması və surfaktant ifrazatın azalmasına səbəb olur. Sonra 3-10 sutka ərzində fibroblastların proliferasiyası baş verir və alveollar arakəsməsi qalınlaşır. 2-3 həftə ərzində əlamətlər kəskinləşir və intersistal fibroz baş verir.
Xəstəliyin klinik simptomları zədələyici faktorun təsirindən bir-neçə saat sonra təzahür edir. Xəstələrdə səthi tənəffüs, təngnəfəslik, hipoksemiya əmələ gəlir. Respirator disstress sindromun açıq şəkli 2 gün ərzində aydın olur. Daima oksigen inhalyasiyası verilmədikdə xəstələrdə sianoz meydana gəlir, dəridə göy ləkələr görünür.
Diaqnozun qoyulmasında qanın və qan plazmasının ümumi analizləri, qanın qaz tərkibinin analizlərinin nəticələri, rentgenoloji müayinə əsas rol oynayır.
Müalicə xəstəxana şəraitində reanimasion tədbirlərin tətbiqi ilə ararılır.

immunitet.az

loading...

Məsləhət Görürük

astma

Bronxial astmanın pilləli müalicəsi

Bronxial astmanın pilləli müalicəsi. Bronxial astmanın müalicəsi pilləli yanaşmaya əsaslanır. Bu yanaşmanın məqsədi daha az …

Яндекс.Метрика

Designed by F.Aliyev