Qaynar Məqalələr

Dodağın xərçəng xəstəliyi

dodaq

Dodağın xərçəng xəstəliyi.
Dodağın xərçəng xəstəliyi bədxassəli xərçəng xəstəliklərinə aiddir. Dodağın xərçəng xəstəliyi üst və alt dodaqların epitel toxumasından inkişaf edir. Xəstəlik bədxassəli şiş xəstəliklərinin siyahısında 8-ci yerdə durur. Qadınlara nisbətən kişilərdə daha çox rast gəlinir.
İnsanlarda dodaq çatlamaları və yaralarına tez-tez rast gəlinir. Amma əgər yaralar 3-4 həftə boyunca sağalmazsa, bu xərçəng olma ehtimalını artırır. Bu zaman mütləq həkimə müraciət etmək lazımdır.
Dodaq xərçənginin əlamətləri nələrdir?
* dodaqlarda sağalmayan yaraların və ya yumruların olması
* dodaqlarda sağalmayan ağ və ya qırmızı çökəklərin olması
* yarada qanama və qabıqlama, dodaqda hissiyatın olmaması
* dodaqlarda baş verən ağrılar
* yemək yeyərkən və çeynəyərkən çətinlik çəkmə
* boyunda limfaların şişməsi.
Dodaq xərçənginin kişilərdə qadınlara nisbətən 10 dəfə çox olması onun əmələgəlmə səbəbinin dodağa hopmuş nikotinlə əlaqəsi olmasını sübut edir. Xəstəliyin əmələ gəlmə səbəbləri arasında siqaret və spirtli içki qəbulu birinci yerdə durur. Bundan başqa xəstəliyin əmələ gəlməsində aşağıdakı faktorların da rolu olduğu düşünülür:
– günəş radiasiyaları
– havada baş verən dəyişikliklər
– zəhərli maddələrin dodaqla təmasda olması (mişyak, vismut, neft tullantıları)
– düzgün olmayan protez
– kəskin uclu dişlər
– dodaq dişləmələri.
Xəstəliyin ilkin zamanlarında xəstə, dodaqlarında və dodaqların dibində əmələ gələn yaralardan şikayət edir. Bir müddət sonra yaraların sağalmadığını və bəzi patoloji proseslərin meydana çıxdığını görən xəstələr həkimə getməyə məcbur olurlar.
Xəstəliyə diaqnozun qoyulması çətinlik törətmir.
Xəstəliyin müalicəsi şiş toxumasının ölçüsündən, patologiyanın dərəcəsindən, metastazların olub olmamasından asılıdır.

immunitet.az

loading...

Məsləhət Görürük

goz

Görmə qabarının şişləri

Görmə qabarının şişləri. Görmə qabarının şişləri histoloji quruluşuna görə çox vaxt astrositom və qlioblastomalardır. Xəstəlik …

Яндекс.Метрика

Designed by F.Aliyev