Qaynar Məqalələr

Anadangəlmə və qazanılmış bronxhektaziya

agciyer

Anadangəlmə və qazanılmış bronxhektaziya
Bronxhektaziya bronx divarının irinli-iltihabi destruksiyası nəticəsində bronxların geridönməz patoloji genişlənməsidir. Xəstəlik əksər hallarda uşaq yaşlarında baş verən və xroniki və endobronxial irinləmə ilə təzahür edən, bronxların lokal genişlənməsidir. Xəstəlk qadınlara nisbətən kişilər arasında daha geniş yayılmışdır.
Bronxektaziya 2 cür əmələ gələ bilir:
1. Anadangəlmə.
2. Qazanılma.
Anadangəlmə bronxhekyaziya nadir patologiya olub, ağciyər strukturunun pozulması zamanı əmələ gəlir.
Qazanılma bronxhektaziyaya isə aspergilloz, vərəm, göyöskürək, pnevmoniya xəstəliklərinin nəticəsi olaraq rast gəlinir.
Qazanılma bronxhektaziyanın morfoloji quruluşuna görə bir çox növləri var:
* Atelektattk bronxhektaziya.
Bu zaman ağciyərlərin geniş atelektaz zonalarında əmələ gəlmiş və çoxlu bronx şaxələrinin patoloji böyüməsi baş verir, ağciyərin parenximası arı pətəyinə bənzəyir.
* Destruktiv bronxhektaziya.
Bu bronx və onu əhatə edən toxumanın irinləməsi zamanı əmələ gələn kisəyə bənzər bronxhektaziyadır.
* Postbronxitik bronxhektaziya.
Bronxların divarlarının distrofik dəyişiklikləri nəticəsində xroniki bronxitin sonu və ya bronxun divarının əriməsi və ya onun tonusunun pozulması nəticəsində əmələ gələn bronxhektaziyadır.
* Poststenotik bronxzhektaziya.
Bronxostenozda bronxun daralma yerindən distal seliyin durğunluğu və divarların atoniyası nəticəsində əmələ gəlir.
* Retension bronxhektaziya.
Bu zaman bronx divarının tonusu itir və ya onun bronxial sekretlə dartılması baş verir.
Broxhektaziyanın gedişinə görə kəskin və residivləşən fazası var. Xəstəlik vaxtında və düzgün müalicə olunmadıqda aşağıdakı ağırlaşmalara səbəb ola bilir:
– residivləşən pnevmoniyalar
– tənəffüs və ağciyər-ürək çatışmazlığı
– ikincili amiloidoz
– qanhayxırma və qanaxma
– ağciyərlərin emfizeması.
Xəstəlik özünü səhərlər oyandıqda və gecələr yatana yaxın baş verən bəlğəmli öskürək tutmaları ilə biruzə verir. Bəlğəmin sutkalıq miqdarı 150-200ml-ə çatır. Xəstənin hərarəri 38-39*-ə qalxır, xəstədə qanhayxırma müşahidə edilir. Tənəffüs zamanı döş qəfsində ağrılar olur və xəstə arıqlayır.
Xəstəliyə diaqnozun qoyulmsında rentgenoloji müayinə, bronxoskopiya və bronxoqrafiyanın nəticələri əsas götürülür. Xəstənin ümumi analizləri və bəlğəm labioaror müayinə olunur.

immunitet.az

loading...

Məsləhət Görürük

astma

Bronxial astmanın pilləli müalicəsi

Bronxial astmanın pilləli müalicəsi. Bronxial astmanın müalicəsi pilləli yanaşmaya əsaslanır. Bu yanaşmanın məqsədi daha az …

Яндекс.Метрика

Designed by F.Aliyev