Qaynar Məqalələr

Abort nədir?

abort

Abort nədir?
Abort uşaqlıq divarının selikli qişasından dölün xaric olunmasıdır.
Abort hamiləliyin hər hansı bir səbəbdən vaxtından əvvəl pozulması hesab edilir. Hamiləlik ilk 16 həftədə pozularsa, erkən abort, 16-28-ci həftədə pozularsa, gecikmiş abort adlanır. Abortların 3 qrupu ayırd edilir:
1. Süni abort.
Bu abort müalicə müəssisəsində qadının arzusu ilə hamiləliyin pozulmasıdır. Bəzən belə abortlar tibb müəssisələrindən kənarda da aparılır ki, bu abortlar kriminal abortlar sayılır.
2. Spontan abort.
Bu müxtəlif yerli və ümumi səbəblərdən hamiləliyin öz-özünə pozulmasıdır. Spontan abortların səbəbləri müxtəlif olub, yerli və ümumi xarakter daşıyır. Spontan abortlar aşağıdakı səbəblərdən baş verə bilir:
– ürək-damar xəstəlikləri
– qaraciyərin xəstəlikləri
– böyrəklərin xəstəlikləri
– daxili sekresiya vəzilərinin xəstəlikləri
– kəskin infeksion xəstəliklər
– toksiplazmoz
– vərəm, hepatit
– zöhrəvi xəstəliklər.
Abortun baş verməsinə səbəb olan yerli xəstəliklərdən infantilizm, cinsiyyət orqanlarının iltihabı xəstəlikləri, istmiko-servikal çatışmazlı və s. xəstəlikləri misal göstərmək olar.
3. Baş tutmayan abort.
Bəzən ölmüş döl yumurtası bir-neçə həftə, hətta aya qədər uşaqlıqda qalır. Bu zaman qanlı ifrazat kəsilir, uşaqlıq kanalı boynu bağlanır, dölyanı sular tədricən sorulur, uşaqlıq sərtləşərək kiçilir. Müayinə məqsədilə sidiyi yoxladıqda estradionun ekskresiyası 5 mq-dan aşağı olur.
Gecikmiş və hərəktdə olan abort zamanı uşaqlıq divrından qopmuş döl yumurtasını alətlərlə kənar edirlər.

immunitet.az

loading...

Məsləhət Görürük

dogus

Əməliyyat olunmuş zahıya qulluq

  Əməliyyat olunmuş zahıya qulluq. Mamalıq əməliyyatları zamanı uşaqlıq boşluğuna əl və alətlərlə təmas olduğu …

Яндекс.Метрика

Designed by F.Aliyev