Qaynar Məqalələr

Şübhəli hamiləlik əlamətləri

yalanci-hamilelik

Şübhəli hamiləlik əlamətləri.
Hamiləliyin diaqnostikası şübhəli və şübhəsiz əlamətlərə əsasən təyin edilir. Bəzən əlamətlər aldadıcı ola bilir. Ona görə də diaqnozun tam təsdiq olunması üçün bir müddət gözləmək və bəzi müayinələrdən keçmək lazımdır. Belə ki, hamiləliyin əsas əlamətləri hamilə qaldığı andan bir-neçə ay sonra tam təsdiq edilir. Bu dölün hissələri, ürək döyünməsi, sklet sistemi, USM -in müayinə təyin edildikdən sonra tam təsdiq edilir. Hamiləliyin ilk müddətinin təyini isə əsasən aşağıdakı əlamətlərlə müəyyən edilir:
– dadbilmənin dəyişməsi
– iybilmə qabiliyyətinin dəyişməsi
– əsəbilik, yuxusuzluq
– üz və bədənin dərisində baş verən dəyişikliklər
– aybaşının kəsilməsi
– uşaqlıq yolu və uşaqlıq boynu selikli qişasının göyərməsi
– döş giləsini barmaqla basdıqda ifrazatın gəlməsi.
Hamiləliyin təyini bioloji metodlarla da aparılır. Bu zaman qadına kliniki müayinələr tətbiq edilir və müayinələrin nəticələrinə baxılır.
Hamiləlik zamanı orqanizmdə hormonların miqdarında dəyişikliklər baş verdiyinə görə qanın analizlərinə əsaslanaraq hamiləliyi təyin etmək mümkün olur.
Bəzən patoloji hamiləlik zamanı hamiləliyə diaqnoz qoymaq çətin olur. Bu adətən boru hamiləliyi zamanı baş verir. Buna görə də qadının hamilə olub-olmamasını təyin etmək üçün dəqiq müayinələr aparmaq və nəticələri diqqətlə yoxlamaq lazımdır.

immunitet.az

loading...

Məsləhət Görürük

hamil%c9%99

Hamiləlik zamanı hansı bitki çaylarından içilə bilər

Hamiləlik zamanı hansı bitki çaylarından içilə bilər. Hamiləlik dövründə hamilə qadın istədiyi hər bitki çayını …

Яндекс.Метрика

Designed by F.Aliyev