Qaynar Məqalələr

Plevritin əmələ gəlmə səbəbləri

plevrit

Plevritin əmələ gəlmə səbəbləri.
Plevritin və plevral möhtəviyyatın əmələ gəlmə səbəbləri müxtəlifdir. Plevral möhtəviyyat transsudat və ekssudat ola bilir.
Ekssudatlar iltihabi etiologiyaya malik olub plevral səthə söykənən strukturların iltihabının nəticəsi hesab olunur. Plevrada iltihabi proseslər olduqda limfatik kapillyarlarda genişlənmə, keçiriciliyin artması, ödem, plevraaltı qatın infiltirasiyası baş verir.
Patologiyanın əmələ gəlməsində aşağıdakı faktorların rolu böyükdür:
– bakteriyalar, viruslar, göbələklər, parazitlər, mikoplazmalar
– müxtəlif infeksion xəstəliklər
– atipik törədicilər
– limfa düyünlərinin vərəmi
– plevra və ağciyərlərin metastatik vərəmi
– ağciyərlərin xərçəngi, leykoz, limfomioma
– pnevmoniyalar, ağciyərlərdə baş verən irinli proseslər
– qarındaxili abseslər
– mədəaltı vəzin xəstəlikləri
– qaraciyər daxili abseslər
– qida borusunun perforasiyası
– birləşdirici toxumanın sistem xəstəlikləri
– plevritə səbəb ola bilən dərman vasitələri
– ürək xəstəlikləri və əməliyyatları
– uremiya
– plevra qişasının tamlığının pozulması.
Xəstəliyin əlaməti güc verdikcə və öskürdükcə güclənən və bədənin vəziyyətindən asılı olan ağrıdır. Ağrı döş qəfəsində baş verir, xəstələrədə təngnəfəslik və temperatur müşahidə edilir.

immunitet.az

loading...

Məsləhət Görürük

astma

Bronxial astmanın pilləli müalicəsi

Bronxial astmanın pilləli müalicəsi. Bronxial astmanın müalicəsi pilləli yanaşmaya əsaslanır. Bu yanaşmanın məqsədi daha az …

Яндекс.Метрика

Designed by F.Aliyev