Qaynar Məqalələr

Normal aybaşı

normal-aybasi

Normal aybaşı.
İlk follikul yetişməmiş yumurta hüceyrədən ibarət olub, bir qat epitel hüceyrəsi ilə örtülüdür. Yetişkənlik dövründə yumurtalıqlarda 400-500 min follikul əmələ gəlir. Bunların bir qismi tam yetişir və proliferasiyaya uğrayır.
Yetişmiş yumurtahüceyrə follikul mayesi ilə birlikdə uşaqlıq borusuna keçir və burada mayalanma baş verir.
Cinsi yetişkənliklə əlaqədar yumurtalıq hormonıarının təsiri altında uşaqlığın selikli qişasında mürəkkəb dəyişikliklər gedir. Bu zaman uşaqlığın qan təhcizatı artır. Yəni hüceyrələrin proliferasiyası (qopub düşməsi) və yenidən bərpa olunması prosesi gedir. Bu zaman aybaşı baş verir. Aybaşının aşağıdakı fazaları var:
– selikli qişanın funksional qatının düşməsi
– qatın bərpa oluması
– qat hüceyrələrinin çoxalması
– sekresiya ifrazı.
Proses 3-5 gün davam edən aybaşı qanının xaric edilməsi ilə özünü göstərir. Bu zaman selikli qişanın funksional qatı düşür. Daha sonra funksional qatın bərpası prosesi baş verir. Regenerasiyada yumurtalıqlarda follikullar əmələ gəlir.
Aybaşı zamanı qadınlarda yorğunluq, yuxusuzliq, oynaqlarda ağrılar baş verir. Bu əlamətlər aybaşıdan sonra keçib-gedir, əhval-ruhiyyə bərpa olunur, əmək qabiliyyəti geri dönür. Bəzən qan təzyiqi yüksəlir, nəbz tezləşir, temperatur ola bilir. Bu dövrdə qanda eritrositlərin miqdarı artır, süd vəzisi böyüyür. Aybaşı zamanı görmə analizatorunun, işığın həssaslığının pozulması və tər reflekslərinin artması müşahirə deilir.

immunitet.az

loading...

Məsləhət Görürük

usaqliq

Uşaqlıq və uşaqlıq yolunun düşməsi

Uşaqlıq və uşaqlıq yolunun düşməsi. Bu patologiyanın əmələ gəlməsinə ön qarın divarının əzələlərinin quruluş və …

Яндекс.Метрика

Designed by F.Aliyev