Qaynar Məqalələr

Şokoladlı keks

keks-sokaladli

Şokoladlı keks.
* 2 ədəd yumurta
* yarım stəkan şəkər tozu
* yarım stəkan duru yağ
* yarım stəkan süd
* 1,5 stəkan un
* 1 xörək qaşığı nutella
* 1 paket qabartma tozu
* 1 paket vanil
* 1 paket kakao.
Üzərinə krem üçün:
* 1 paket süd kremi (marketlərdə hazır satılır)
* 2 ədəd butter şokolad (80qr x 2)
* 1 xörək qaşığı kakao
Bəzəmək üçün:
* dairəvi şokoladlar.
Keks bişiriləcək qab yağlanır. Bir qabın içərisində yumurtalar və şəkər tozu yaxşı çalınır. Üzərinə duru yağ, süd, vanil, nutella, qabartma tozu əlavə edilib qarışdırılır. Sonra un qatılıb qarışdırılır və keks qabına tökülür.
Keks əvvəlcədən 175* qızdırılmış sobada bişirilir və soyumağa qoyulur.
Krem odun üstündə qaynama nöqtəsinə gələnə qədər qızdırılır, içərisinə butter şokoladlar doğranıb qoyulur. Krem ilıq olduqda soyumuş keksin üstünə tökülür və soyuducuya qoyulur.
Keksin üstünə tökülən krem donduqdan sonra soyuducudan çıxarılır və üstünün hər tərəfinə eyni ölçüdə kakao səpilir. Keksin üstü yumru şokoladlarla bəzədilir.
Nuş olsun!

immunitet.az

loading...

Məsləhət Görürük

kak

Kakaolu keks

  Kakaolu keks Lazım olanlar: * 3 ədəd yumurta * 1 stəkan şəkər tozu * …

Яндекс.Метрика

Designed by F.Aliyev