Qaynar Məqalələr

Sobada çıtır börək

sobada

Sobada çıtır börək.
Lazım olanlar:
* 4 ədəd təzə yuxa
* lazım olan qədər su.
Üzərinə sürtməyə:
* 1 kasa duru yağ
* 1 ədəd yumurta sarısı.
İçlik üçün:
* 150 qram ağ pendir
* 1 stəkan pizza pendiri
* 1 dəstə cəfəri.
Pendirlər rəndələnir, xırda doğranmış cəfəri ilə qarışdırılıb kənara qoyulur.
Yuxalar üst-üstə qoyulub üçbucaq şəklində eyni boyda kəsilir. Kəsilmiş hər yuxanın içərisinə 1 qaşıq pendir qarışımından qoyulub şəkildəki formada bükülür. Bükülmüş börəklər suya batırılıb yağlı kağız sərilmiş listə düzülür. Börəklərin üzərinə yumurta sarısı və yağ qarışımı sürtülüb çörəkotu səpilir və əvvəlcədən 180* qızdırılmış sobada qızarana qədər bişirilir.
Nuş olsun!

immunitet.az

loading...

Məsləhət Görürük

kak

Kakaolu keks

  Kakaolu keks Lazım olanlar: * 3 ədəd yumurta * 1 stəkan şəkər tozu * …

Яндекс.Метрика

Designed by F.Aliyev