Qaynar Məqalələr

Seyrək saçları üçün maska

sac-maskasi

Seyrək saçları üçün maska.
Saçların seyrəkləşməsi müxtəlif səbəblərdən ola bilir. Bu səbəblərə orqanizmin keçirdiyi xəstəliklər, ekoloji, irsi faktor, yaşayış tərzi və s.aiddir. Gün ərzində 50-100 saçın tökülməsi normal sayılır. Zaman keçdikcə bu rəqəmin yüksəlməsi isə saçların seyrəkləşməsinə səbəb olur. Saçlarınızın tökülüb – tökülməməyini bilmək istəyirsinizsə üst qatda olan saçlarınıza toxunub onu yüngülcə dartın.Əgər əlinizdə15-20 -dən artıq saç telləri görürsünüzsə deməli saçlarınız tökülür və bir müddət sonra sizin də saçlarınız seyrəkləşəcək.
Əgər saçlarınız genetik səbəbdən, irsi meyillilikdən tökülürsə, onun qarşısını almaq mümkün deyil. Bu cür tökülmənin qarşısını heç bir təbii və süni kosmetik vasitələrlə almaq olmur. Bu zaman yeganə məqsəd tökülmənin sürətini azaltmaqdan ibarət olur.Çünki genetik saç tökülməsinin əlacı yoxdur.
Ancaq saçlar pis həyat tərzindən, ekolojiya səbəbli, vitaminsiz qidalanmaya görə tökülürsə, onun qarşısını müxtəlif yollarla almaq olar.
Bunun üçün təbii qidalarla qidalanmalı, lazım olan qədər vitamin və mineral qəbul etməli və təbii saç maskalarından istifadə edilməlidir.
Saçlara qulluq etmək üçün hər kəsin evində yetərincə lazım olan vasitələr tapmaq olar. Əsas məsələ bu vasitələrdən təbii yollarla maskalar düzəldib vaxtaşırı ondan istifadə etməkdir.
1. Darçın maskası.
1 çay qaşığı darçın, bal və ilıq zeytun yağı yüngül xəmir halına gələnədək qarışdırılır. Qarışım saç dərisinə sürtülür və 15 dəqiqə dayandıqdan sonra saçlar şampunla yuyulur.
2. Badam yağı maskası.
Badam yağı, qoz və üyüdülmüş çemen toxumu qarışdırılır və yumşaq xəmir halına gətirilir.Qarışım baş dərisinə sürtülür və 1 saat sonra şampunla yuyulur.
3.Hint yağı maskası.
Saç dərisinə vaxtaşırı hint yağı sürtülür, 1 saat sonra şampunla yuyulur. Hint yağı baş dərisinin qan dövranını yaxşılaşdırır.
4.Yumurta maskası.
Bir yumurta, 2-3 yemək qaşığı süd qurusu və 1 xörək qaşığı buğda toxumu yağı qarışdırılır. Maska saç diblərinə masaj edilərək sürtülür və 30 dəqiqədən sonra şampunla yuyulur.

immunitet.az

loading...

Məsləhət Görürük

http://sac-bakimyagi.blogspot.com/

Dəri, dırnaq, saç və arqan yağı.

Dəri, dırnaq, saç və arqan yağı. Arqan yağının tərkibindəki aktiv birləşmələr dərini ən yüksək dərəcədə …

Яндекс.Метрика

Designed by F.Aliyev