Qaynar Məqalələr

Pnevmoniya zamanı fiziki müalicə metodları

pnev-mualice

Pnevmoniya zamanı fiziki müalicə metodları.
Pnevmoniya zamanı fiziki müalicə metodlarından az istifadə edilir. Halbuki bu xəstəliyin sağalmasında fiziki müalicənin tarixi uzun illərin müşahidlərinə əsaslanır. Bu müalicələrə aşağıdakılar aiddir:
* Kəskin iltihab dövründə etitrop terapiya ilə yanaşı ağciyərin iltihab ocağı ətrafına UYT elektrik sahəsi tətbiq edilir.
* Bədənin temperaturu normallaşdıqda və ya subfebril hərarət saxlandıqda 3-5 seans ultra bənövşəyi şüalanma təyin edilir.
* Xəstəyə 6-8 seans induktotermiya aparılır.
* Bronxial drenaj funksiyasını yaxşılaşdırmaq üçün 1-12 prosedur amplipulsterapiya tətbiq olunur.
* Pnevmoniyanın uzun sürən gedişində həm zədələnmə nahiyyəsinə, həm də ağciyərlərin kökü və böyrəküstü nahiyyələrinə desimertli diapazonda elektromaqnit dalğaları tətbiq edilir.
* Uzun sürən gedişli pnevmoniyada və qalıq əlamətlərini ləvğ etmək üçün qızdırıcı müalicə proseduraları (parafin, palçıq) tətbiq edilir.
* Yarımremissiya dövründə və ya sağalma etapında distansion aeroionoterapiyadan (hər gün və ya günaşırı 10-15 terapiya) tətbiq edilir.
* Pnevmoniyalı xəstələri temperaturu normallaşdıqdan 2-3 gün sonra xəstələrə müalicə bədən tərbiyəsi ilə məşğul olmağın faydası böyükdür. Bu zaman xəstənin döş qəfəsi divarının tənəffüs hərəkətliliyinin artmasına, plevral bitişmələrin dartılmasına kömək edən, qarın presini gücləndirən idman hərəkətlərindən istifadə edilir.
* Pnevmoniya keçirən xəstələrə şəhər ətrafı meşə sahələrində kurort müalicəsi çox faydalı təsir göstərir.

immunitet.az

loading...

Məsləhət Görürük

agri

Əzələ distrofiyası

Əzələ distrofiyası. Əzələ ditrofiyası əzələlərin zəifləməsi və degeneraziyasının pozulması nəticəsində baş verən patologiyalarla müşahidə edilir. …

Яндекс.Метрика

Designed by F.Aliyev