Günəş çörək

gunes-corek

Günəş çörək.
Lazım olanlar:
* 3,5 stəkan un
* 1 paket instant maya (10 qram)
* 5 xörək qaşığı duru yağ
* yarım stəkan ilıq süd
* yarım stəkan ilıq su
* 1 xörək qaşığı şəkər tozu
* 1 ədəd yumurta ağı
* 1 xörək qaşığı duz.
Üzərinə sürtmək üçün:
* 1 ədəd yumurtanın sarısı
* 2-3 damcı duru yağ
* çörək otu
* susam.
İçlik üçün:
* 150 qram ağ pendir
* 1 dəstə cəfəri.
Bir qaba maya, şəkər tozu, ilıq su və ilıq süd tökülüb qarışdırılır.
10 dəqiqə sonra qarışıma duru yağ, yumurta ağı və duz əlavə edilir.
Daha sonra qarışıma az-az un əlavə edilib xəmir yoğrulur.
Xəirin üstü streçlə örtülüb 40 dəqidə müddətində mayalandırılır.
Mayalanmış xəmir iki hissəyə ayrılır.
Xəmirin bir hissəsi dairəvi şəkildə yayılıb listə sərilmiş kağızın üzərinə qoyulur.
Xəmirin üzərinə ağ pendirlə xırda doğöranmış cəfəri qarışımı halqa şəklində düzülür.
Xəmirin ikinci hissəsi birinci hissə boyda yayılıb, listdəki xəmirin üstünə qoyulur.
Pendirlər kənara çıxmasın deyə xəmirlərin ətrafı bərk-bərk basdırılır.Xəmirin ortası şəkildəki kimi kəsilib üzərinə yumurta sarısı sürtülür. Xəmirin orta hissəsindəki üçbucaq kəsiklər kənarlara doğru pendirli hissənin üstünə qoyulur və kənarları yapışdırılır. Həmin hissəyə yumurta sarısı sürtülür.
Sonda çörək susam və çörək otu ilə bəzədilir və 30 dəqiqə ərzində üstü örtülü şəkildə saxlanılır.
Çörək 30 dəqiqə müddətində 190* qızdırılmış sobada bişirilir.

immunitet.az

loading...

Məsləhət Görürük

1234

Şokoladlı likör

Şokoladlı likör. Lazım olanlar: * tünd şokolad – 200 qram * araq – 1,5 litr …

Яндекс.Метрика

Designed by F.Aliyev