Qaynar Məqalələr

Dırnaq yemə vərdişindən necə əl çəkməli?

dirnaq

Dırnaq yemə vərdişindən necə əl çəkməli?
Dırnaqları yemək bir vərdişdir. Əgər dırnaqlarınızı yemək vərdişiniz varsa, həmin anları nəzarət altında saxlayıb vərdişinizdən əl çəkə bilərsiniz. Düzdür bu çox çətin olacaq, çünki illərin alışqanlığını birdən-birə tərgitmək mümkün deyil. Bəs bunun üçün nə etmək lazımdır?
1. Adətən dırnaqlarını yeyən adam onları yeməyə başladıqdan sonra nə etdiyini fərq edir. Buna görə də dırnaqların ucuna acı krem sürtmək lazımdır ki, ağıza dəyən kimi acılıq hiss olunsun.
Dırnaq yeyən adamlar üçün xüsusi acı dada malik mazlar və xüsusi kremlər var. Bu kremləri hər səhər əl-üz yuduqdan sonra dirnaqların dibinə çəkmək lazımdır. Əgər dırnaqlarla birlikdə dırnaqlarınızın ətrafındakı ətləri də yeyirsinizsə, onda bu kremdən dırnaqətrafı ətlərə də sürtülməlidir.
2. Dırnaq yeməyi tərgitmək üçün dırnaqları dibindən kəsmək və cilalamaq lazımdır. Bu zaman dırnaq dişlərə gəlib çatmır və bu vərdiş yavaş-yavaş unudulur. Belə ki, dırnaq və dırnaqətrafı ətlər yaxşı yiyələndikdə onları dişləyib qoparmaq olmur. Yiyələnməni bir neçə ay davam etdirsəniz dırnaqları yemək vərdişiniz tamamilə yadınızdan çıxacaq.
3. Qızlar üçün dıqnaqlarını yeməsin deyə manikür etmək məsləhət görülür. Çünki manikürün pozulması qorxusu onları bu vərdişdən uzaqlaşdıracaq.
Dırnaqları yemək sadəcə kənardan görünən pis bir vərdiş deyil, o dırnaq ətlərinin sağlamlığı üçün də zərərlidir.
Bəzən bu vərdişin meydana gəlməsində stressin, iradə zəifliyinin, sinir sisteminin də rolu olduğu söylənilir. Əgər belə problemləriniz varsa, onların da aradan qaldırılması dırnaq yemək vərdişindən qurtarmanıza kömək olacaq.

immunitet.az

loading...

Məsləhət Görürük

gulmek

Gülməyin faydaları

Gülməyin faydaları. ABŞ-da aparılan araşdırmalar gülməyin insan sağlığına aşağıdakı faydaları olduğunu sübüt etmişdir: 1. Araşdırmalar …

Яндекс.Метрика

Designed by F.Aliyev