Qaynar Məqalələr

Mielomanın kliniki mənzərəsi

milenoma

Mielomanın kliniki mənzərəsi.
Xəstəliyin əsas böyük əlamətləri sümük iliyi, zülal patologiyası və visseral sindromların olması ilə müəyyənləşir.
Sümük iliyi sindromu mielom hüceyrlərin sümük iliyində proliferasiyası ilə əlaqədardır ki, bu da sümük maddəsinin dağılmasına səbəb olur. İlk növbədə xəstələrdə destruktiv (osteoliz və osteoparoz) əlamətlər meydana çıxır. Bu əvvəlcə  proses yastı sümüklərdə və fəqərələrdə sonra isə lülə sümüklərində inkişaf edir. Sadalanan proseslər nəticəsində xəstələrdə aşağıdakı patologiyalar əmələ gəlir:
– hiperkalsiemiya, patoloji sınıqlar
– periferik qanda anemiya, leykopeniya, trombositopeniya
– sümük iliyində metaplaziya.
Zülal patologiyası sindromu plazmatik hüceyrələr tərəfindən monoklonal paraproteinin ifrazının azalmış hasilatı ilə əlaqədardır. Zülala patologiyaları sindromu xəstələrədə aşağıdakı əlamətlərin meydana çıxmasına səbəb olur:
– mieloid nefropatiya
– paraamiladioz
– hemorragik diatez
– özlülüyün artması sindromu
– periferik nefropatiya
– antitellərin defisit sindromu.
Visseral sindrom daxili orqanların leykemik infiltirasiyası ilə xarakterizə olunur. 10-12% hallarda xəstələrdə spelonomeqaliya və hepatomeqaliya müəyyən olunur. Şiş infiltitasiyası bütün orqanlarda baş verə bilir, lakin onlar heç bir klinik əlamət vermir. Bu səbəbdən də xəstələrin şikayətləri olmur.

immunitet.az

loading...

Məsləhət Görürük

leykoz2

Xroniki leykozun kliniki mənzərəsi

Xroniki leykozun kliniki mənzərəsi. Xroniki leykozun klinik təzahürləri aşağıdakı böyük sindromlarla ifadə olunur: – intoksikasiya …

Яндекс.Метрика

Designed by F.Aliyev