Qaynar Məqalələr

Pudra təhlükə mənbəyi ola bilər

pudra

Pudra təhlükə mənbəyi ola bilər.
Hər  bir  qadın  üz  və  bədən  üçün  kosmetik  vasitələrin   istifadəsi  zamanı  onlardan  necə  istifadə etməyi  bilməlidir. Yoxsa  kosmetik  vasitələr  onun  üçün  təhlükə  mənbəyi  ola  bilər. Ən  çox kosmetikanı  qadınlar  işlətdiyi  üçün  onlar  kosmetik  vasitələrdən  düzgün  istifadə  etməyi bilməlidirlər. Çünki yanlış  seçim  edib  və  ondan  düzgün  istifadə  etmədikdə  müxtəlif  dəri xəstəlikləri  yarana  bilir. Dəri  üçün  patologiya  yarada  biləcək  vasitələrdən  biri  də  pudradır.
Pudra  seçərkən  onun  keyfiyyətinə  mütləq  diqqət  yetirilməlidir. Pudradan  istifadə  etməmişdən əvvəl  dəriyə  yüngül nəmləndirici krem  sürtülməlidir. Bu  pudranın  tərkibindəki  tozcuqların  dəri məsamələrinə   daxil   olub  allergiya  əmələ  gətirmənin  qarşısını  alır. Bundan  başqa  dəri məsamələrinə  girmiş  pudra  tozcuqları  oranı  qıcıqlandırıb  dəridə  iltihabi  proseslərin  əmələ gəlməsinə  səbəb  ola  bilir.
Alınan  pudraya  diqqət  yetirmək  lazımdır. Əgər  pudra  dəriyə  sürtüldükdən  sonra  yaxşı  oturursa, onu  keyfiyyətli  pudra  saymaq  olar.
Pudra  seçərkən  onun  rənginin  tonuna  və  qatılığına  diqqət  yetirmək  lazımdır.
Unutmaq  lazım  deyil  ki, pudra  dəridəki  ləkələrin  üzərini  ötrmək  üçün  vasitə  deyil.

immunitet.az

loading...

Məsləhət Görürük

http://sac-bakimyagi.blogspot.com/

Dəri, dırnaq, saç və arqan yağı.

Dəri, dırnaq, saç və arqan yağı. Arqan yağının tərkibindəki aktiv birləşmələr dərini ən yüksək dərəcədə …

Яндекс.Метрика

Designed by F.Aliyev