Qaynar Məqalələr

Sinus düyününün zəifliyi sindromu

miokardit2

Sinus düyününün zəifliyi sindromu.
Sinus düyününün zəifliyi sindromu dedikdə aparıcı ritm kimi sinus düyününün funksiyasının zəifliyi nəzərdə tutulur.
Sinus düyününün zəifliyi sindromu əsasən, sinus düyünündə və qulaqcıqlardakı üzvi dəyişikliklərlə əlaqədar, bəzən isə funksional olaraq meydana çıxır. Bu zaman sinus düyününün impuls əmələ gətirmə funksiyası zəifləyir və onların qulaqcıqlara yayılması pozulur.
Əmələ gəlmə mexanizmi:
Orqanik mənşəli
– sinus düyününü qidalandıran koronar damarda gedən sklerotik proses
– qulaqcıqlarda baş verən iltihabi proses
– distrofik dəyişikliklər
– qulaqcıqların genişlənməsi.
Funksional mənşəli
– vaqusun disfunksiyası.
Sinus düyününün əmələ gəlməsinə aşağıdakı xəstəliklər səbəb olur:
– miokarditlər
– miokardiodistrofiyalar
– kardiomiopatiyalar
– ürəyin işemik xəstəlikləri
– miokard infarktının erkən dövrü
– şəkərli diabet
– amiloidoz
– hemoxromatoz
– miksedema
– difteriya.
Xəstəliyə diaqnozun qoyulmasında EKQ-nin nəticələri əsas götürülür. Bu zaman kardioqrammada aşağıdakılar görünür:
– davamlı və uzun sürən bradikardiya
– ektopik ripmlərin paroksizmi
– supraventikulyar taxikardiya
– qulaqcıqların titrəməsi
– sinus düyününün qəfil dayanması
– idiovetrikulyar ritm
– bradikardiya-taxikardiya.

immunitet.az

loading...

Məsləhət Görürük

kann

Qanın laxtalanma qabiliyyətinin artması

Qanın laxtalanma qabiliyyətinin artması Qanın laxtalanması aşağıdakı amillərin təsiri nəticəsində sürətlənə bilir: * trombositlərin miqdarının …

Яндекс.Метрика

Designed by F.Aliyev