Qaynar Məqalələr

Marinadlaşdırılmış toyuq dilimləri

toyuq

Marinadlaşdırılmış toyuq dilimləri
Lazım olanlar:
* 850 qram toyuğun döş əti
* 4 xörək qaşığı zeytun yağı
* 1 xörək qaşığı nar turşusu
* 1 çay qaşığı pul bibər
* 1 çay qaşığı kimyon
* 1 çay qaşığı sumax
* 2 diş sarımsaq
* 2 çay qaşığı duz
* 1 çay qaşığı istiot
Qızartmaq üçün:
* lazım olan qədər duru yağ
* suxari.
Yuxarıda yazılanlardan qarışım hazırlanır.
Toyuğun döş əti yuyulur, suyu süzüldükdən sonra tikə şəklində doğranır. Sonra tikələr hazırladığımız marinada qoyulur, üstü örtülü şəkildə soyuducuda 4-5 saat saxlanılır. Sonra ətlər soyuducudan çıxarılır. Tikələrin hər iki üzü suxarıya batırılır və qaynar yağda qızardılır.
Nuş olsun!

immunitet.az

loading...

Məsləhət Görürük

portagalli-2

Portağallı kişmişli keks

Portağallı kişmişli keks Lazım olanlar: * 3 yumurta * 1 stəkan şəkər tozu * 1 …

Яндекс.Метрика

Designed by F.Aliyev