Qaynar Məqalələr

Hamilələrin endokrin sistemində baş verən dəyişikliklər

hamilelikde-vezi

Hamilələrin endokrin sistemində baş verən dəyişikliklər.
Hamiləlik vaxtı qadınların endokrin sistemində bir sıra dəyişikliklər baş verir. Hamiləliyin əvvəllərində yumurtalıqlarda gedən proseslər, əsasən də hamiləlik sarı cismdə progesteronun hormon ifrazına səbəb olur. Mayalanma baş verdikdə fgollikul inkişaf etmir, yetişmir, partlamır, yəni ovulyasiya getmir. Bu da sarı cismin hormonlarının hesabına baş verir.
Hamiləliyin ikinci yarısında sarı cismin işini və funksiyasını cift görür. Cift daxili sekresiya vəzilərinin ən aktiv rolunu oynayır. Burada estrogen, cift laktogeni, progestron, qonodotropin və s. hormonlar, eyni zamanda bioloji aktiv maddələr (oksitasın, relaksin, vazopressin) əmələ gəlir. Bu hormonların miqdarı hamiləliyin miqdarından asılı olaraq dəyişir. Belə ki, hamiləliyin birinci yarısında doğum fəaliyyətinin hormonları, ikinci yarısında isə estrogen hormonlarının miqdarı çoxalır. Hamiləliyin axırında oyanıqlığın artmasında progestronlar artır və əsas fəaliyyətə malik olurlar.
Hipofiz.
Hamiləlik vaxtı hipofizin ön payı hüceyrələrinin çoxalması və qalınlaşması hesabına hipofiz vəzi böyüyür və hormon ifraz edir. Hipofizin hormonu qonodotropin sarı cismin hesabına çoxalır. Hipofizin ön payı aşağıdakı hormonların və üzvlərin fəaliyyətini stimulyasiya edir.
– döş vəzi funksiyası
– qalxanvari vəzi
– böyrəküstü vəzi
– boy hormonu.
Hipotalamusun nüvəsində oksitasinin əmələ gəlməsi çoxalır ki, bu da hamiləliyin axırında və doğuş vaxtı sancıların əmələ gəlməsidə rol oynayır.
Qalxanabənzər ətraf vəzi.
Hamiləlik zamanı Ca mübadiləsində rol oynayır. Hamiləlik dövründə əzələlərdə qıcolma tutmalarının olması Ca çatışmazlığı səbəbindən baş verir.
Böyrəküstü vəzi.
Burada kartizon, hidrokartizon hormonları ifraz olunur ki, bu da hamiləlik dövründə zülal və karbohidrat mübadiləsinin tənzimlənməsinə yardım edir.

immunitet.az

loading...

Məsləhət Görürük

123

Mamalıq zədələnmələri

Mamalıq zədələnmələri. Dölün uşaqlıqdan qovulma dövründə, uşaqlıq yolunun və aralığın həddindən artıq gərilməsi baş verir …

Яндекс.Метрика

Designed by F.Aliyev