Hamiləlik vaxtı sinir sistemində baş verən dəyişikliklər

hamile-stres

Hamiləlik vaxtı sinir sistemində baş verən dəyişikliklər.
Dölün bətndaxili tam inkişafı üçün oksigen, zülal, yağ, vitamin, karbohidratlar və s. lazımdır. Bunlar anadan dölə çift vasitəsilə keçir. Ananın qanına isə döl tərəfindən maddələr mübadiləsi nəticəsində lazım olmayan maddələr daxil olur. Belə ki, hamiləlik vaxtı hamiləliyə uyğun olaraq orqanizmin üzərinə əlavə yük düşdüyü üçün bəzi üzvlərdə dəyişiklik gedir. Bunların nəticəsində döl ana bətnində inkişaf edir, qadın orqanizmini doğuşa və yeni doğulmuşun əmizdirilməsinə hazırlayır. Bütün bu dəyişiklikləri sinir sistemi və endokrin sistem tənzimləyir.
Bətndaxilində inkişaf edən döl uşaqlığın sinir hüceyrələrini qıcıqlandırır, həmin qıcıqlar sinir yolları ilə sinir sisteminə ötürülür. Bu səbəbdən də ananın müxtəlif üzv və sistemlərində dəyişiklik baş verir. Bu da özünü hamilə qadında göstərir.
Hamiləlik zamanı qadının əsasən baş və onurğa beynində oyanıqlıq baş verir. Belə ki, hamiləliyin 3-4 ayında bu oyanıqlıq azalır, hamiləliyin axırında isə artır. Bu isə hamiləliyin axırına qədər uşaqlığın sakit halda qalması və hamiləliyin normal inkişafına səbəb olur. Ancaq doğuşa yaxın bu oyanıqlığın artması hamiləlik sancılarının əmələ gəlməsinə və hamiləliyin doğuşla nəticələnməsinə səbəb olur.
Hamiləlik vaxtı sinir sistemində baş verən dəyişiklərlə əlaqədar qadınlarda aşağıdakı patologiyalar meydana çıxır:
– yuxululuq
– başgicəllənmə
– əhvalın qeyri-müəyyən olması
– ürəkbulanma
– qusma
– tüpürcək ifrazının artması
– qəbizliyin olması.
Bəzi hallarda isə periferik sinir sistemində oyanıqlığın artması ətraflarda, omba və baldır nahiyyələrdə ağrıların, qıcolmaların əmələ gəlməsinə səbəb olur.
Yuxarıda sadalanalar hamilə qadınların sinir sistemi ilə əlaqədar olur və doğuşdan sonra keçib gedir.

immunitet.az

loading...

Məsləhət Görürük

123

Mamalıq zədələnmələri

Mamalıq zədələnmələri. Dölün uşaqlıqdan qovulma dövründə, uşaqlıq yolunun və aralığın həddindən artıq gərilməsi baş verir …

Яндекс.Метрика

Designed by F.Aliyev