Ezofaqit

mede-xest

Ezofaqit.
Ezofaqit qida borusunun iltihabı olub, həzm sistemi üzvlərinin geniş yayılmış xəstəliklərindən biridir. Xəstəliyin 3 növü ayırd edilir:
– yarımkəskin
– kəskin
– xroniki.
Xəstəliyin əmələ gəlməsinə həddindən artıq isti və qaynar qidaların qəbulu, qida borusunun kimyəvi maddələrlə zədələnməsi (yod, sirkə turşusu və s.) və bəzi infeksion xəstəliklərin qida borusunun selikli qişasını zədələnmələridir. Bəzi hallarda radiasiya şüalanmaları və qida borusunun travmaları da qida borusunun selikli qişasının zədələnməsinə və iltihabına səbəb ola bilir. Travmalar balıq sümüyü və ya hansısa yad cismin qida borusuna düşməsi zamanı baş verir. Yarımkəskin və xroniki ezofaqitin əmələ gəlməsinə aşağıdakılar səbəb olur:
– qaynar, kəskin qidalar, spirtli içkilər
– qida allergiyaları
– stenoz zamanı qidanın qida borusunda qalması ( divertikulitlər zamanı baş verir)
– qida borusunun xərçəngi.
Ezofaqitin reflyuk səbəbli əmələ gəlməsinə də daha tez-tez rast gəlinir. Ezofaqit morfologiyasına görə müxtəlif olur:
– kataral
– eroziyalı
– hemoragik
– psevdomembran formalı
– nekrotik
– abvsesli.
Ezofaqit xəstəliyinin əlaməti xəstəliyin formasından və onu əmələ gətirən səbəbdən asılıdır. Ezofaqitin ümumi əlamətlərinə qida borusunda qaşınma hissinin olması, udulmuş qidanın çətinliklə qida borusundan keçməsidir. Xəstəliyin hemoragik formasında qusuntu kütləsində qan aşkar edilə bilir.
Ezofaqitin abses forması zamanı rentgenoloji müayinədə iltihabı zona aşkar edilir.
Xəstəliyə diaqnozun qoyulması çətinlik törətmir. Barium sulfat içərək rentgen müayinəsində diaqnoz qoymaq mümkündür.
Ezofaqitin abses formasının müalicəsi cərrahi yolladır. Digər növlərini isə uzun müddət pəhriz saxlayaraq və həkimin göstərişlərinə əməl edərək müalicə etmək mümkündür.

immunitet.az

loading...

Məsləhət Görürük

1234-31

Bağırsaqlarda qıcqırma və çürümə prosesi

Bağırsaqlarda qıcqırma və çürümə prosesi. Sağlam insanın bağırsaqlarında saprofil bakteriyalar olur. İnsan nəcisinin  10-30%-i bakteriyalardan …

Яндекс.Метрика

Designed by F.Aliyev