Qaynar Məqalələr

Bronxial astmanın müxtəlif növləri

bronxial

Bronxial astmanın müxtəlif növləri.
İnfeksiyadan asılı variant.
Bronxial astmanın bu növünə 35-40 yaşdan yuxarı adamlarda rast gəlinir. Bu zaman xəstəliyin əlamətləri ağır formada üzə çıxır. Xəstəliyin ağır formada olmasına kəskin bronxit, pnevmoniya, tonzillit, haymorit və s. səbəb olur.
Belə xəstələrdə boğulma tutmaları az kəskinliyi ilə digər tutmalardan fərqli olur, uzun müddət davam edir. Xəstənin tənəffüsü sərt və xırıltılı olur. Bronxial astmanın infeksiyadan asılı növündə xəstələrdə daima bəlğəmli öskürək müşayiət edilir. Xəstələrdə aşağıdkı əlamətlər meydana çıxır:
– subfebril qızdırma
– gecələr titrətmə
– kürək nahiyədə üşütmə hissi
– boyun və ənsədə tərləmələr.
Xəstələr müalicə olunduqdan sonra boğulma əlamətləri dayandıqda bütün bu əlamətlərin izi aradan qalxır.
İnfeksiyadan asılı bronxial astma xəstələrində xəstəlik ağırlaşdığı və ya müalicəyə tabe olmadığı zaman xəstələrdə bəzi ağırlaşmalar meydana çıxır:
– ağciyərlərin enfizeması
– xroniki ürək çatışmazlığı
– ağciyər ürəyi simptomu.
Diaqnoz:
Xəstliyə diaqnozun qoyulmasında rentgenoloji müayinənin rolu böyükdür. Bundan başqa qanın ümumi analizləri, bəlğəmin analizi və bronxoskopik müayinənin nəticələri diaqnozun qoyulmasında mühüm əhəmiyyət kəsb edir.
Dishormonal variant.
Bronxial astmanın dishormonal variantı hormondan asılı olaraq əlamtlərini dəyişdirir. Belə ki, bu xəstələrin müalicəsində qlükokortikoid preparatının sistemli tətbiqi mütləqdir. Çünki dərmanın kəsilməsi və ya dozasının azaldılması xəstəliyin əlamətlərinin kəskinləşməsinə səbəb ola bilər. Bronxial astmanın dishormonal variantı qlükokortikoid hormonunun çatışmazlığı zamanı meydana çıxır.
Xəstəliyin diaqnozu qanda hormonun miqdarının normal olmamasıyla öz təsdiqini tapır.
Müalicə həkimin təyin etdiyi dozada hormon qəbulu ilə aparılır və vaxtaşırı qanda qlükokortikosteroidin miqdarı yoxlanılır.

immunitet.az

loading...

Məsləhət Görürük

astma

Bronxial astmanın pilləli müalicəsi

Bronxial astmanın pilləli müalicəsi. Bronxial astmanın müalicəsi pilləli yanaşmaya əsaslanır. Bu yanaşmanın məqsədi daha az …

Яндекс.Метрика

Designed by F.Aliyev